Samsung A32 minimalizm üslublu dizayna, 20 meqapikselli selfi kamera və Android 11 əməliyyat sisteminə sahibdir. FHD+ ekran parlaq rəngləri ilə yüksək baxış keyfiyyəti təqdim edir.
Müasir zamanda smartfonlar ən yaxın köməkçilərimizə çevrilib. Samsung Galaxy A32 vasitəsilə peşəkar keyfiyyətli şəkillər yarada, sevdiyiniz musiqini dinləyə, hətta iş tapşırıqlarınızı sürətli yerinə yetirə bilərsiniz.
Görünüş və Ekran
Smartfonun 6.4'' düymlü Super AMOLED ekranı görüntünü maksimal olaraq real ötürür. Ekran tezliyi xəbər lentini sürətli sürüşdürməyə, sosial şəbəkələrə rahatlıqla baxmağa, tətbiqetmələr arasında çevik hərəkət etməyə imkan verir. Cihaz kamera blokunun unikal görünüşü və hamar mavi korpusu ilə yadda qalır. Möhkəm şüşədən hazırlanan displeylərə üstünlük verirsinizsə bu model sizin üçündür. Telefonun ön paneli cızıqlardan Gorilla Glass 5 ilə qorunur.
Eyni anda 2 SIM kartdan istifadə edə bilməyiniz üçün Galaxy A32-nin gövdəsində xüsusi giriş var. Şəxsi məlumatlarınızın etibarlı şəkildə qorunmasını barmaq izi skaneri təmin edir. Skaner vasitəsilə cihazı sürətli və etibarlı şəkildə blokdan çıxarda biləcəksiniz.
Kameralar bloku
Gün ərzində şəkil çəkməyi və onları yaxınlarınızla və sosial şəbəkələrinizdə paylaşmağı sevirsinizsə A32 modelinin kamera blokunu yüksək qiymətləndirəcəksiniz. Cihaz 64 meqapikselli əsas, 8 meqapikselli ultra geniş bucaqlı, 5 meqapikselli makro kamera və dərinlik sensoruna sahibdir. Əsas kamera inanılmaz dərəcədə kəskin fotoşəkillər yarada bilir. “Boke” effektli iri kadrlar üçün makro kamera və ya dərinlik sensorundan istifadə edin. Geniş bucaqlı kameranın obyektivi 123° görmə sahəsi ilə maksimal dolğun panorama şəkillər yaradın. Möhtəşəm selfilər üçün isə ön paneldə 20 meqapikselli kamera yerləşdirilib.
Məhsuldarlıq
Tapşırıqlarınızı sürətli yerinə yetirən, intensiv istifadə zamanı ekranı donmayan smartfon almaq istəyirsiniz? Galaxy A32 modeli bu məqsədlər üçün ideal seçim olacaq. Eyni anda bir neçə tətbiqi işə salsanız, ağır faylları göndərsəniz belə güclü MediaTek prosessoru cihazın çevik işləməsini təmin edir. Operativ yaddaş 4 GB-dır. Şəkil və lazım olan faylların saxlanılması üçün 128 GB daxili yaddaş təqdim edilib.
Smartfon vasitəsilə həm vacib iş proseslərini tamamlaya, həm də əyləncəli oyunun növbəti mərhələlərini asanlıqla keçə biləcəksiniz. Smartfonun 5000 mAh tutumlu batareyası ilə adapteri evdə yaddan çıxartmaq olar. Həcmli batareya intensiv istifadə üçün nəzərdə tutulub və qısa müddət ərzində sərf edilən enerjini bərpa edə bilir.