Top.Mail.Ru
Kontaktda sevinc cərəyanı! 18 iyunadək hissəli alışda 24 ayadək faizsiz təkliflər, nağd alışda -50%-dək endirimlər!
*6060

Məhsul hazırda anbarda mövcud deyil

TM-DG-SBP-1105-SM-1748

Samsung Galaxy A23 DS (SM-A235) 64 GB Black

Samsung Galaxy A23 qiymeti və funksionallığı sayəsində qısa müddət ərzində müştəri məmnuniyyətini qazana bilib. Smartfon yüksək avtonomluğa və məhsuldarlığa sahibdir. Cihazın müasir kamera bloku ilə istədiyiniz zaman aydın fotoşəkillər yaradacaqsınız.

Dizayn və Ekran

Sadə görünüşə sahib smartfon axtarırsınızsa Samsung Galaxy A23 5G modeli sizin üçün ideal seçim olacaq. Qara plastikdən hazırlanmış arxa paneldə əsas kameralar və fləş var. Ön paneldə 6.6 düymlü PLS LCD displey yerləşir. Ekranı cızıqlardan Corning Gorilla Glass 5 örtüyü qoruyur. Yan tərəfdə 2 ədəd nanoSIM və 1 microSD kart üçün giriş mövcuddur. Beləliklə, siz eyni anda 2 nömrədən istifadə edə və smartfonun yaddaşını 1 TB qədər artıra bilərsiniz.

A23 smartfonu ilə məlumatlarınızın təhlükəsizliyi təmin edilir. Bunun üçün cihazda barmaq izi skaneri mövcuddur. Əlavə olaraq ekranı blokdan üz tanıma funksiyası vasitəsilə çıxara bilərsiniz. Danışıq zamanı səs-küylü otaqda olsanız belə cihazın üst və alt hissələrində yerləşən mikrofonlar səsi aydın ötürəcək.

Prosessor və Avtonomluq

Galaxy A23 yüksək məhsuldarlığı ilə seçilən Snapdragon 680 prosessoru üzərində işləyir. Sürətli prosessor və 4 GB operativ yaddaş sayəsində smartfon oyunları çevik işə sala, tətbiqlər arasında tez keçid edə bilir. Ekranı skrollinq etdiyiniz zaman görüntü donmur. Smartfonun əməliyyat sistemi Android 12-dir.

İntensiv istifadə zamanı cihazın enerjisi tez tükənməyəcək. 5000 mAh həcmli batareya sayəsində günün sonunadək telefonu şarj etmək lazım olmayacaq. Bundan başqa, Galaxy A23 sürətli enerji yığmanı dəstəkləyir. 25 Vt adapter vasitəsilə sərf etdiyiniz enerjini 1 saat ərzində bərpa etmək mümkündür.

Kameralar

Şəkillərinizin daha parlar və keyfiyyətli olması üçün Samsung öz yeni smartfonunu güclü kameralarla təchiz edib. Arxa paneldə yerləşən 50 meqapikselli əsas kamera ideal kadrı tuta bilməyiniz üçün hər zaman yanınızdadır. Kollektiv şəkillər üçün geniş bucaqlı kameradan istifadə edin. Onun köməkliyi ilə bütün dostlarınız kadra düşəcək. İri planlar üçün makro modul, arxa fona Boke effekti tətbiq etmək üçün isə dərinlik sensoru mövcuddur. Ön paneldə yerləşən 8 meqapikselli kamera ilə ideal selfilər yaradacaqsınız.