Samsung Galaxy A23 smartfonu sizə 128 GB yaddaş, 2 gün tükənməyən batareya və Snapdragon prosessorunun ağlasığmaz imkanlarını təklif edir. Smartfon saytımızda klassik qara rəngdə təqdim edilib.
Dizayn və Displey
Axra panel hamar plastikdən hazırlanıb və üzərində multikamera sistemi yerləşdirilib. Displey Corning Gorilla Glass 5 ilə örtülüb. Displeyin üst hissəsində 8 meqapikselli kamera üçün V-şəkilli kəsik mövcuddur. Smartfon 2 nanoSIM və 1 microSD kartın işini dəstəkləyir. Təqdim edilən yaddaş ehtiyaclarınıza kifayət etməsə microSD vasitəsilə 1 TB qədər əlavə saxlama yeri əldə edəcəksiniz. Galaxy A23-də saxlanılan məlumatın təhlükəsizliyini güc düyməsinin üzərinə quraşdırılan barmaq izi skaneri təmin edir. Bundan başqa, smartfon üz tanıma funksiyasını dəstəkləyir.
6.6 düymlü PLS LCD displey 1080 x 2408 ekran keyfiyyəti ilə seçilir. 90 Hz ekran tezliyi sizi daha hamar görüntü ilə təmin edir. Ekranın parlaqlığı və geniş baxış bucaqları sayəsində kontent gün işığı altında aydın oxunur. Dinamik səsi təmiz və güclü təsvir edir. Video izləyərkən qulaqlıqlardan istifadə etsənız Dolby Atmos keyfiyyətindən həzz alacaqsınız.
Məhsuldarlıq və Avtonomluq
Samsung Galaxy A23 128GB smartfonunda 8 nüvəli Qualcomm prosessoru quraşdırılıb. Güclü Snapdragon 680 qarşısına qoyulan tapşırıqları bir neçə saniyə ərzində yerinə yetirir. Ağır qrafikaya sahib oyunları bir neçə saat oynamaq istəsəniz belə cihazın korpusu isinməyəcək. 6 GB operativ yaddaş sayəsində sistem prosesləri sürətli icra edilir.
Samsung smartfonunun artırılmış batareyası sizi çərçivələrə salmayacaq. 5000 mAh tutumlu batareya aktiv istifadə üçün nəzərdə tutulub. Videolar çəkin, sosial şəbəkələrdə şəkillərinizi paylaşın, HD keyfiyyətində film izləyin – günün sonunda enerjisi tükənmiş smartfonla qalmayacaqsınız. A23 sürətli enerji yığmanı dəstəkləyir. 25 Vt adapter vasitəsilə cihazın enerjisini 1 saat ərzində bərpa edəcəksiniz.
Kameralar
Keyfiyyətli şəkillərinizlə hər kəsi heyran etmək istəyirsinizsə Galaxy A23 kamera blokunu təqdim edirik. 50 meqapikselli əsas kamera ilə əsl fotoəsərlər yaradacaqsınız. Snapdragon prosessoru bu kameranın işini təkmilləşdirib. Nəticədə, gecə zamanı belə yüksək detallı kadrlar əldə edilir. Daha çox dettallar üçün makro kameraya keçid edin. Onun köməkliyi ilə estetik fotolar əldə etmək mümkündür. 5 meqapikselli geniş bucaqlı kamera ilə arxa fon tam olaraq kadra yerləşir. Dərinlik sensoru ilə arxa fonun bulanıqlığını tənzimləyəcəksiniz.