Top.Mail.Ru
*6060

Məhsul hazırda anbarda mövcud deyil

TM-DG-SBP-1105-SM-1737

Samsung Galaxy A13 DS (SM-135) 32 GB Blue

Galaxy A13 qiymeti və imkanları ilə sizi sevindirəcək. Sürətli Exynos prosessor, 5000 mAh həcmli batareya və 50 meqapikselli əsas kamera yüngül korpusda birləşir.

Görünüş və Ekran

A13 smartfonunun korpusu plastikdən hazırlanıb və pastel mavi rəngində təqdim edilib. Nəticədə, cihaz cəmi 195 qram çəkiyə sahibdir. Arxa paneldə cihazın kamera bloku və fləş yerləşdirilib. Ön tərəfdə yerləşən displeyi möhkəm Corning Gorilla Glass 5 ötürür. Beləliklə, ekranın cızıqlara və güclü zərbələrə davamlılığı artırılıb. Gövdənin alt hissədində dinamik, mikrofon, qulaqlıq və USB Type-C girişi yerləşdirilib. İkinci mikrofon korpusun üst hissəsindədir və danışıq zamanı səsin aydın ötürülməsini təmin edir. Səs-küylü otaqda və ya küçədə olsanız həmsöhbətiniz sizi mükəmməl eşidəcək.

Samsung A13 6.6 düymlü TFT IPS displeyə malikdir. Ekran həlli 1080 x 2408, tezlik isə 60 Hz-dir. Nəticədə, hamar keçidlər təmin edilir və dinamik səhnələrdə belə görüntü öz keyfiyyətini itirmir. Ekranın üst hissəsində ön kamera üçün V-şəkilli kəsik var. Məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün yan hissədə yerləşən güc düyməsinin üzərinə barmaq izi skaneri yerləşdirilib. Bundan başqa, smartfonu üz tanıma funksiyası vasitəsilə blokdan çıxarmaq mümkündür.

Prosessor və Batareya

Galaxy A13 Exynos 850 prosessor sayəsində yüksək məhsuldarlıqla təmin edilib. Android 12 ilə smartfonun interfeysi daha rahat idarə edilir. Lazım olan tətbiqi asanlıqla tapa biləcəksiniz. Çətinliyindən asılı olmayaraq prosessor tapşırıqlarınızı saniyələr ərzində yerinə yetirəcək. Bundan başqa, prosessor kameraların effektivliyini optimallaşdırıb.

Samsung A13-ün 5000 mAh həcmli batareyası ilə telefonun enerjisini gün ərzində nəzarət altında saxlamayacaqsınız. Gün ərzində smartfonu zəng etmək, mesaj göndərmək, sosial şəbəkələrinizdə yaxınlarınızla şəkillərinizi bölüşmək üçün istifadə edirsinizsə batareyanın enerjisi 2 günə qədər kifayət edir. Sərf edilən enerjini bərpa etmək üçün sizə 15 Vt adapter lazım olacaq. Cəmi 2 saat ərzində smartfonu 0%-dan 100% qədər şarj etmək mümkündür.

Kameralar Sistemi

Samsung Galaxy A13 modelinin kamera blokuna 50 meqapikselli əsas, 5 meqapikselli geniş bucaqlı, 2 meqapikselli makro kameralar və 2 meqapikselli dərinlik sensoru daxildir. Kamera sistemi istənilən işıqlandırma səviyyəsində ideal nəticə təqdim edir. Parlaq və detallı şəkillər əldə etmək istəyirsinizsə Samsung smartfonu imkanları ilə sizi sevindirəcək. Bundan başqa, əsas kamera saniyədə 30 kadr tezliyi ilə Full HD keyfiyyətində videolar yaratmağa qadirdir. Ön paneldə 8 meqapikselli kamera yerləşdirilib. Yüksək keyfiyyətli selfilərinizi əlavə redaktə etməyə ehtiyac qalmayacaq.

Samsung A13 qiymeti Kontakt Home saytında təqdim edilib. Saytımız vasitəsilə sözügedən modelin parametrlərini digər smartfonlarla müqayisə edə bilərsiniz.