Samsung Galaxy A12 64 GB onlayn almaq istəyirsiniz? Saytımıza daxil olub sərhədsiz HD ekrana, 48 meqapikselli kamera və həcmli batareyaya sahib olan smartfona 1 klikə sahib olun.
Samsung Galaxy A12 64 GB sürətli interfeys, güclü kamera bloku və böyük həcmli batareya sayəsində istifadəçiləri tərəfindən çox sevilir. Saytımız vasitəsilə cihazı evdən çıxmadan çatdırılma ilə sifariş vermək mümkündür.
Görünüş
Smartfon universal qara rəngdə təqdim edilib. Relyefli arxa korpus plastikdən hazırlanıb. Nəticədə, cihaz cəmi 205 qram çəkiyə sahibdir. Ön paneli möhkəm və hamar şüşə qoruyur. Sensor toxunuşlara həssasdır və istənilən işinizin sürətli yerinə yetirilməsini təmin edir. Galaxy A12-ni rahat blokdan çıxarda bilməyiniz üçün yan hissədə barmaq izi skaneri yerləşdirilib. 6.5" düymlü PLS IPS ekran HD keyfiyyətini təqdim edir və zəif işıq şəraitində belə rahat oxunur.
Kameralar
Gününüz selfisiz keçmirsə bu modelin kamera blokunu bəyənəcəksiniz. 48 meqapikselli əsas kamera ilə həyatın rəngarəngliyini sadə bir hərəkətlə yaddaşda saxlayacaqsınız. Səyahətdəykən yeni xatirələr yarada bilməyiniz üçün 5 meqapikselli ultra geniş bucaqlı kameradan istifadə edin. Geniş baxış bucağı sayəsində bu kamera arxa fonda olan obyektləri maksimal olaraq əhatə edir. Zərif iri planlar üçün 2 meqapikselli makro və ya dərinlik sensorlu kameralardan istifadə edin. Arxa plana bulanıq effekti tətbiq edib əsas obyektə fokuslanaraq bu kameralar bənzərsiz şəkillər yarada bilir. Gününüzün necə keçdiyini yaxınlarınızla bölüşə biləsiniz deyə ön panelə 8 meqapikselli kamera yerləşdirilib.
Batareya və Prosessor
Smartfondan gün ərzində çox istifadə edirsinizsə A12-nin 5000 mAh həcmli batareyasını çox bəyənəcəksiniz. İntensiv istifadə zamanı smartfonun enerjisi günün sonunadək tükənməyəcək. Nəticədə, tez-tez smartfonu sarj edə bilməyiniz üçün elektrik yuva axtarışlarına son qoyulacaq. Axşam evinizə qayıdanda isə enerjinin bərpasına minimal vaxt tələb olunacaq, çünki sözügedən model sürətli enerji yığmanı dəstəkləyir.
Galaxy A12 8 nüvəli Exynos 850 prosessor üzərində işləyir. Operativ yaddaş 4 GB, əməliyyat sistemi isə Android 10-dur. Smartfon MicroSD kart dəstəkləyir. Telefonun yaddaşını 1 TB-a qədər artıra bilərsiniz, beləliklə cihazınızda daha çox məlumat saxlamaq mümkün olacaq.