Samsung Galaxy A12 qiyməti və imkanları sayəsində sevilir. Smartfon tətbiqləri sürətli açan MediaTek prosessoru ilə təchiz edilib. Məlumatın saxlanılması üçün 64 GB daxili yaddaş var.
Yeni telefon əldə etməyi planlaşdırırsınız? Seçiminizi Samsung Galaxy A12 64 GB smartfonunda dayandırın. Yüksək məhsuldarlıq, böyük PLS IPS ekran, 2 gün ərzində tükənməyən batayera - gündəlik tələbatlarınızın yerinə yetirilməsi üçün bu model bütün xüsusiyyətlərə sahibdir.
Görünüş
Smartfon arxa panelin qırmızı rəngi ilə diqqəti özünə cəlb edir. Plastik panel relyeflidir və istifadə zamanı əldə sürüşmür. Hamar şüşədən hazırlanan ekran HD keyfiyyətini təqdim edir. Görüntü parlaq və detallıdır. Smartfona sevdiyiniz serialın ən son bölümlərini yükləyib rahat izləyə bilərsiniz. Eyni anda 2 ədəd nanoSIM və 1 ədəd microSD kart yerləşdirə bilməyiniz üçün yan hissədə xüsusi giriş var. Cihazı tez blokdan çıxardan barmaq izi skaneri yan hissədə yerləşən güc düyməsinin üzərinə quraşdırılıb.
Kameralar
Gününüzün necə keçdiyini yaxınlarınızla paylaşa bilməyiniz üçün arxa paneldə güclü kamera bloku yerləşdirilib. 48 meqapikselli kamera rəngarəng və detallı şəkillər yaradır. Videoların çəkilişində də bu model mükəmməl nəticə təqdim edir. Əlavə olaraq kamera blokuna 5 meqapikselli geniş bucaqlı, 2 meqapikselli makro kameralar və 2 meqapikselli dərinlik sensoru daxil edilib. Selfiləriniz üçün ön paneldə 8 meqapikselli kamera mövcuddur.
Məhsuldarlıq və Yaddaş
Galaxy A12 modeli Mediatek MT6765 Helio P35 prosessor üzərində işləyir. 4 GB operativ yaddaşla yanaşı prosessor mobil telrfonun çevik işləməsini təmin edir. Brauzerdə bir neçə səhifə aça, istənilən tətbiqi sürətli yükləyib bir neçə saniyə ərzində işə sala, HD formatında video izləyə bilərsiniz – smartfon bütün tapşırıqlarınızı asanlıqla yerinə yetirəcək. Şəkillərin, videoların və digər lazım olan məlumatın saxlanılması üçün 64 GB daxili yaddaş ayrılıb. Daha çox saxlama yeri əldə etmək lazım olarsa microSD kart vasitəsilə telefonun yaddaşını 1 TB-a qədər artırmaq olar.
Avtonomluq
Galaxy A12 modelinin enerjisi gündəlik ehtiyaclarınız üçün kifayət edəcək. 5000 mAh həcmli batareya smartfondan intensiv istifadə edə bilməyiniz üçün imkan yaradır. Sərf edilən enerji asanlıqla bərpa edilir. 15 Vt adapter vasitəsilə cihazı sürətli şarj etmək olar.