Samsung Galaxy A03 qiymeti ilə tanış olmağa tələsin! Galaxy A03 64 GB yaddaşa, 48 meqapikselli əsas kameraya sahibdir. Böyük ekran sayəsində cihazdan rahat istifadə edəcəksiniz.
Gündəlik istifadə üçün smartfon əldə etmək istəyirsiniz? Samsung Galaxy A03 qiyməti və parametrləri ilə sizi sevindirəcək. Smartfon sürətli interfeysə, böyük həcmli batareyaya və keyfiyyətli kameraya sahibdir.
Dizayn və Displey
Galaxy A03 mükəmməl mavi rəngdə təqdim edilib. Korpusun parlaq rəngi hər kəsin diqqətini cəlb edir. Yan hissələrdə güc və səs düymələri, 2 nanoSIM, 1 microSD kart üçün giriş var. Alt hissədə dinamik, mikrofon, Micro USB və 3.5 mm Jack girişləri mövcuddur. İkinci mikrofon korpusun üst hissəsində yerləşir və danışıq zamanı səsin aydın ötürülməsini təmin edir.
Smartfon 6.5" düymlü PLS IPS displeylə təchiz edilib. Ekranın böyük olmasına baxmayaraq cihazı rahat bir əllə idarə etmək mümkündür. HD+ ekran həlli və displeyin parlaqlığı sayəsində yüksək baxış keyfiyyəti təqdim edilir. İnterfeysi istədiyiniz kimi dəyişə bilərsiniz. Şriftin ölçülərini və qalınlığını tənzimləmək olar. İstifadə üçün açıq və tünd rejimlər mövcuddur. Ekran aydınlığı avtomatik olaraq tənzimləyə bilir.
Məhsuldarlıq və Kameralar
Büdcə dostu kateqoriyaya aid olmasına baxmayaraq Samsung Galaxy A03 tapşırıqlarınızı sürətli yerinə yetirəcək. Cihazın məhsuldarlığını 8 nüvəli Unisoc prosessor təmin edir. Smartfon həm iş, həm şəxsi istifadə üçün uyğundur. Smartfondan aktiv istifadə edə bilməyiniz üçün batareyanın tutumu 5000 mAh qədər artırılıb. Beləliklə, Galaxy A03 modeli 2 günə qədər avtonom işləyə bilər.
Şəkillərin yaradılması üçün cihazın arxa panelində 48 meqapikselli əsas kamera yerləşdirilib. Zəif işıq şəraitində aydın kadrlar əldə edə bilməyiniz üçün əsas kameranın yanında fləş mövcuddur. Arxa fona bulanıq effekti əlavə etmək istəyirsinizsə əlavə tətbiq yükləmək lazım olmayacaq. 2 meqapikselli dərinlik sensorundan istifadə etməyi unutmayın. Galaxy A03 ilə heyranedici selfilər yaradacaqsınız. Bunun üçün ön paneldə 5 meqapikselli kamera var.