Samsung Galaxy A03 Kontakt Home saytında qara rəngdə mövcuddur. Smartfon sürətli prosessora, 5000 mAh batareya və 48 meqapikselli əsas kameraya malikdir. Daxili yaddaş 64 GB-dır.
Yeni smartfon axtarırsınızsa keyfiyyəti və əlverişli qiyməti ilə müştəri məmnuniyyətini qazanan Samsung Galaxy A03 modelini sizə təklif edirik. Smartfon keyfiyyətli kamera sistemində, sürətli interfeysə və böyük həcmli batareyaya sahibdir.
Dizayn və Displey
Samsung Galaxy A03 minimalizm üslubunda təqdim edilib. Relyefli korpus qara plastikdən hazırlanıb. 6.5" düymlü PLS IPS ekran ön tərəfdə yerləşir və video izləyə bilməyiniz üçün optimal ölçülərə sahibdir. Eyni anda 2 nanoSIM kartdan istifadə etmək mümkündür. Korpusun alt hissəsində 3.5 mm Mini Jack və USB üçün girişlər, dinamik və mikrofon var. İkinci mikrofon smartfonun üst hissəsində yerləşdirilib.
Smartfonun HD+ ekran həllinə sahib displeylə təchiz edilib. Parlaq və təbii görüntü sayəsində sevdiyiniz verilişləri və serialları izləməkdən zövq alacaqsınız. Optimal ölçüləri sayəsində Galaxy A03 modelini bir əldə tutub rahat idarə etmək mümkündür. Aydınlıq ətrafınızdakı işıqlandırmadan asılı olaraq avtomatik dəyişir. Nəticədə, cihaz batareyanın enerjisini daha qənaətli sərf edir.
Məhsuldarlıq və Kameralar
Unisoc prosessor smartfonun sürətli işləməsini təmin edir. İstənilən tətbiqi sürətli yükləyib istifadəyə başlamaq olar. Brauzerdə bir neçə pəncərə açsanız belə aralarında çevik keçid etmək mümkündür. Cihazdan aktiv istifadə edə bilməyiniz üçün Samsung öz smartfonunu 5000 mAh həcmli batareya ilə təmin edib. Adapterlə USB naqili evdə yaddan çıxara bilərsiniz. Galaxy A03 enerjisi günün sonunadək sizə kifayət edəcək.
Smartfon sadə interfeysə sahibdir. Tələblərinizə əsasən onu asanlıqla dəyişə bilərsiniz. İstifadə üçün açıq və tünd rejimlər təqdim edilib. Şriftin görünüşünü, ölçülərini, qalınlığını zövqünüzə uyğun olaraq seçmək mümkündür. Məlumatın saxlanılması üçün 64 GB daxili yaddaş təqdim edilib. Lakin, microSD kart vasitəsilə cihazın yaddaşını 1 TB qədər artırmaq mümkündür.
Galaxy A03 modeli ilə daha keyfiyyətli şəkillər yaradacaqsınız. Arxa paneldə yerləşən kamera bloku bir barmaq toxunuşu ilə parlaq və detallı kadrlar çəkə bilməyiniz üçün imkan yaradır. Arxa hissədə 48 meqapikselli əsas kamera, 2 meqapikselli dərinlik sensoru və fləş yerləşir. Bənzərsiz selfilər yarada bilməyiniz üçün ön paneldə 5 meqapikselli kamera yerləşdirilib.