Samsung Galaxy A03 böyük PLS IPS ekrana malikdir. 32 GB daxili yaddaş məlumatın bir yerdə saxlanılması üçün imkan yaradır. 48 mpx əsas kamera aydın şəkillər yaradır.
Samsung Galaxy A03 büdcə dostu kateqoriyasına aid olsa belə, gündəlik istifadə üçün ideal parametrlərə sahibdir. Bundan başqa, keyfiyyətli kamera sistemi ilə parlaq şəkillər yaradacaqsınız.
Dizayn və Displey
Galaxy A03 modelinin gövdəsi mavi plastikdən hazırlanıb. Arxa panel teksturalıdır. Bu səbəbdən smartfon əlinizdə etibarlı şəkildə yerləşir. Korpusun yan hissələrində güc və səs düymələri, 2 nanoSIM, 1 microSD kart üçün giriş mövcuddur. Alt hissədə dinamik, mikrofon, Micro USB və 3.5 mm Jack girişləri var. Üst hissədə ikinci mikrofon yerləşdirilib. Nəticədə, danışıq zamanı səs ideal ötürülür.
Smartfon 6.5" düymlü PLS IPS displeyə malikdir. HD+ ekran həllinə sahib displey parlaqlığı və aydınlığı ilə seçilir. Zövqünüzə uyğun olaraq interfeysi açıq və ya tünd rejimdə təyin edə bilərsiniz. Ekranın aydınlığı ətrafınızdakı işıqlandırmaya əsasən dəyişə bilir. Şriftin ölçülərini və qalınlığını tənzimləmək olar. Beləliklə, interfeysi tamamilə ehtiyaclarınıza əsasən dəyişə bilərsiniz.
Məhsuldarlıq və Kameralar
Samsung Galaxy A03 smartfonu 8 nüvəli Unisoc prosessoru üzərində işləyir. 5000 mAh həcmli batareya aktiv istifadə üçün nəzərdə tutulub. Cəmi 1 saat ərzində cihazı 30% qədər şarj etmək mümkündür. Smartfon vasitəsilə film izləyib, mesaj göndərib, sosial şəbəkələrinizi izləyə bilərsiniz. Onun enerjisi 10-12 saat ərzində tükənməyəcək. Cihazı zənglər, mesajların göndərilməsi və xəbər lentinin izlənilməsi üçün istifadə etsəniz barateyanın enerjisi 2 günə qədər kifayət edir.
Galaxy A03 modelinin arxa panelində 48 meqapikselli əsas kamera və 2 meqapikselli dərinlik sensoru yerləşir. Gün işığı altında əsas kamera keyfiyyətli şəkillər yarada bilir. Arxa fonu bulanıq etmək üçün dərinlik sensorundan istifadə edin. Kamera blokuna daxil olan fləş sayəsində qaranlıqda aydın kadrlar əldə edilir. Bundan başqa ön paneldə 5 meqapikselli kamera mövcuddur.