Xiaomi Redmi Note 8 Android əməliyyat sistemi üzərində işləyən smartfonlar arasında ən çox satılan modellərdən biri olmuşdur. Bu səbəbdən Xiaomi bu modelin yenilənmiş variantını 2021-ci ildə yenidən istehsal etmək qərarını alıb.
Arxa korpus plastikdən hazırlanıb və üzərində kamera bloku ilə barmaq izi skaneri yerləşdirilib. Ekran möhkəm şüşədəndir. Alt hissədə USB Type-C və qulaqlıq üçün giriş, dinamik, mikrofon üst hissədə ikinci mikrofon və İnfraqırmızı port var. Korpusun yan sağ hissəsində səs və güc düymələri, sol hissədə isə 2 NanoSIM və 1 microSD kart üçün giriş var. Smartfon alıcılara ağ rəngdə təqdim edilib.
48 meqapikselli əsas kamera rəng çalarlarını və aydınlığı hər bir kadr üçün individual təyin edir. Nəticədə parlaq və dəqiq şəkillər əldə edilir. Geniş bucaqlı kameranı təbiətin çəkilişi üçün istifadə edin. Ön kameranın 13 meqapikseli sayəsində bənzərsiz selfilər yarada biləcəksiniz. Hətta gecə vaxtı fotoların detallığı təəccübləndirir.
Müasir MediaTek Helio G85 prosessoru sayəsində inanılmaz məhsuldarlıq əldə edilir. Mobil tətbiqlər sürətli yüklənir, oyun zamanı görüntü donmur. Gün ərzində təcili işlərinizi asanlıqla həll etmək üçün bütün imkanlara sahibsiniz. Cihaz 4 GB operativ yaddaşa və 64 GB daxili yaddaşa sahibdir.
4000 mAh tutumlu batareya telefondan gün ərzində rahat istifadəni təmin edir. Üstəlik smartfon sürətli enerji yığmanı dəstəkləyir. 18 Vt adapter ilə sərf edilən enerjini tez bərpa etmək olar. Telefondan aktiv istifadə edənlər bu xüsusiyyəti çox bəyənəcəklər.
Xiaomi smartfonu 6.3 düymlü IPS LCD ekran ilə təchiz edib. Ekran həlli 1080 x 2340, görüntü Full HD+ ötürülür. Nəticədə rənglər parlaq və canlı təsvir edilir. Smartfonun ön paneli möhkəm Corning Gorilla Glass 5 ilə cızıqlardan qorunur. Əlavə olaraq cihaz tozdan və su sıçramasından qorunur.
Xiaomi Redmi Note 8 64 GB əldə etmək üçün Kontakt.az onlayn mağazamızda “Nağd al” butonuna basmaq kifayətdir. Smartfonun imkanları ilə yaxından tanış olmaq istəyirsinizsə, sizə yaxın Kontakt Home filialına gəlin!