Xiaomi Poco M3 Pro 5G smartfonu gündəlik ehtiyaclarınızın yerinə yetirilməsi üçün mükəmməl bir seçimdir. Xüsusiyyətləri və məhsuldarlığı sayəsində bu model geniş alıcı kütləsinə sahibdir. MT6833 Dimensity 700 prosessor və 6 GB operativ yaddaş smartfonun sürətli işini təmin edir. Nəticədə telefondan rahat istifadə edə bilərsiniz. İstənilən mobil tətbiqlər bir neçə saniyə ərzində işə salınır, hətta ağır qrafikaya sahib oyunlar belə problemsiz yüklənir. 128 GB daxili yaddaş şəkillərin, videoların, sizə lazım ola bilən hər şeyin smartfonunuzda saxlanılması üçün imkan yaradır.
Korpus parlaq plastikdən hazırlanıb və mavi rəngi ilə diqqəti özünə cəlb edir. Arxa paneldə kameralar bloku yerləşdirilib. Sözügedən blok müasir kameradan ibarətdir: 48 mpx əsas kamera, 2 mpx dərinlik sensoru və 2 mpx makro kamera. Ön paneldə 8 mpx kamera var. Onun vasitəsilə həm təkrarolunmaz selfilər yarada bilərsiniz, həm də video zəng zamanı detallı görüntü ilə təmin ediləcəksiniz.
Korpusun üst hissəsində qulaqlıq üçün giriş və infraqırmızı port var. Alt hissədə mikrofon, USB Type-C girişi və dinamik yerləşdirilib. Yan korpusda NanoSIM və microSD kart üçün giriş var. MicroSD kart yerinə ikinci NanoSIM yerləşdirmək olar. Smartfonun yaddaşı sizə kifayət etməsə, microSD kart vasitəsilə əlavə 512 GB qədər yaddaş əldə edə bilərsiniz. Digər tərəfdə barmaq izi skaneri, güc və səs düymələri yerləşdirilib. Ön panel şüşədəndir və Gorilla Glass 3 ilə cızıqlardan qorunur.
6.5" düymlü IPS LCD ekran və 1080 x 2400 ekran həlli rəngləri canlı ötürür. Görüntü aydın və detallıdır. Nəticədə kontent açıq havada və qaranlıq otaqda belə rahat oxunur. Xiaomi Poco M3 Pro 5G ilkin ödənişsiz kreditlə almaq üçün Kontakt Home mağazalar şəbəkəsinə müraciət edin. Kontakt.az onlayn mağazamız vasitəsilə Xiaomi Poco M3 cəmi 1 klikə əldə etməyə tələsin!