Yeni smartfon almağı planlaşdırırsınız? Xiaomi Poco M3 Pro 5G modelinə nəzər yetirin, çünki bu cihaz inanılmaz funksionallıq təqdim edir. 4 GB operativ yaddaş, 64 GB daxili yaddaş, MediaTek MT6833 Dimensity 700 5G prosessor və 5000 mAh həcmli batareya inanılmaz məhsuldarlıq təqdim edir. Parlaq mavi korpus möhkəm plastikdən hazırlanıb və ətrafınızdakı insanların diqqətini cəlb edəcək. Kameralar arxa paneldə POCO loqotipli qara blokda yerləşdirilib.
Müasir kamera sistemi 48 mpx əsas kamera, 2 mpx dərinlik sensoru və 2 mpx makro kameradan ibarətdir. Detallı və parlaq şəkillərin yaradılmasını istəyirsinizsə Poco M3 Pro ilə möhtəşəm nəticələr əldə edəcəksiniz. 8 mpx ön kamera ilə isə selfiləriniz daha keyfiyyətli olacaq. Kameralarda xüsusi filtrlar və arxa fonun bulanıq effekti mövcuddur. Beləliklə, şəkillərinizə istədiyiniz effekti asanlıqla tətbiq edə bilərsiniz.
Güclü prosessor smartfonun sürətini artırıb. İstənilən tətbiqlər tez yüklənilir, eyni anda bir neçə tətbiqləri işə salsanız belə cihazın interfeysi donmur. Tutumlu batareya sayəsində telefondan intensiv istifadə etsəniz belə onun enerjisi günün sonunadək kifayət edəcək. Üstəlik sərf edilən enerjini qısa müddətə bərpa edə bilərsiniz, çünki Poco M3 Pro sürətli enerji yığmanı dəstəkləyir.
Smartfonun daxili yaddaşı sizə kifayət etməsə, microSD kart vasitəsilə əlavə 512 GB qədər yaddaş əldə edə bilərsiniz. Məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün smartfon barmaq izi skaneri ilə təchiz edilib.
6.5 düymlü ekran şüşədən hazırlanıb və Gorilla Glass 3 ilə cızıqlardan qorunur. Rənglər təbii və detallı ötürülür. Ekranın aydınlığı ətrafdakı işıqlandırmaya uyğunlaşır. Nəticədə kontent həm açıq havada, həm də qaranlıq otaqda rahat oxunur.