İstənilən qırışların açılması üçün güclü buxar
200 qramadək buxar zərbəsi
• 2600 Vt güc
• 200 qr buxar zərbəsi
• Buxarın daimi verilməsi 40 qr/ dəq
• Keramika
Effektivliyin stabil qalması üçün 40 qr/ dəq qədər buxarın daimi verilməsi
Daimi olaraq buxarın güclü verilməsi sayəsində qırışlar daha asan açılır.
Əlavə güc üçün 200 qramadək buxar zərbəsi
Güclü buxar zərbəsi buxarın parçaya dərindən hopması və sərt qırışların belə rahat açılması üçün əlavə güclə təmin edir.
Avtomatik sönmə
Ütü hərəkətsiz qaldığı zaman avtomatik sönür. Şaquli vəziyyətdə 8 dəqiqə, üfqi vəziyyətdə isə 30 saniyə sonra söndürüləcək.
Hamar keramikadan hazırlanmış altlıq
Davamlı keramika altlığı istənilən parça üzərində mükəmməl sürüşür. Altlıq yapışmayan örtükə malikdir, cızıqlara davamlıdır və asan təmizlənir.
"Damcı stop" sistemimiz suyun geyimlərinizin üzərinə damcılamasının qarşısını alır
"Damcı stop" sistemi sızmaların qarşısını alır və siz, geyimlərinizin üzərində ləkələrin əmələ gəlməsi barəsində narahat olmadan, istənilən temperaturda ütüləyə bilərsiniz.
Qırışların rahat açılması üçün şaquli ütüləmə
Şaquli ütüləmə funksiyası sayəsində asılqanda asılan geyimlərinizi təravətləndirə, pərdələr üzərində olan qırışları aradan qaldıra biləcəksiniz. Ütü masası tələb olunmayacaq.
Xüsusi ucliq vasitəsilə çətin yerlərin asan ütülənməsi
Ucluq 3 xüsusiyyətə malikdir: sivri forması, düymələr üçün çökəkliklər, maraqlı dizayn. Triple Precision ucluğu düymələrin ətrafı kimi çətin yerlərin rahat ütülənməsinə imkan yaradır.
Ərpin təmizlənməsi üçün quraşdırılmış slayder: buxarın optimal və uzunmüddətli verilməsi
Bu ütü üçün axar sudan istifadə edə biləcəksiniz. Ərpə qarşı qorunma funksiyası əhəngli təbəqə və ya ərpin əmələ gəlməsinin qarşısını almaq üçün nəzərdə tutulub.
300 ml su qabı ilə daha uzunmüddətli ütüləmə
300 ml qədər artırılmış su qabı daha uzun müddət ərzində fasiləsiz ütüləyə bilməyiniz üçün imkan yaradır.
Sürətli qızma üçün 2600 Vt
Sürətli qızmanı və mükəmməl nəticəni təmin edir.