Bəzən günün ideal keçməsi üçün səhəri xırcıldayan isti tost, təzə dəmlənmiş çay və ya qəhvə ilə açmaq kifayət edir. Eviniz üçün texnikanı seçəndə keyfiyyətli materiallardan hazırlanan və funksional olan cihazlara üstünlük verirsinizsə Delonghi Ctla2103.R tosteri sizin üçündür. Cihazın korpusu zərərsiz plastikdən hazırlanıb. Eleqant dizayn, metal detallar və qırmızı rəngi ilə cihaz diqqət mərkəzində olacaq. Retro üslubunda olan mətbəxlər və interyerdə parlaq aksentlər üçün bu model mükəmməl seçim olacaq.
Cihazla eyni anda 2 ədəd tost hazırlamaq olar. 900 Vt gücü sayəsində bir neçə dəqiqəyə ideal qızardılmış çörək dilimləri əldə edilir. İdarə etmə paneli vasitəsilə tostların qızarma dərəcəsini seçmək olar. Hazırlama prosesini dayandırmaq istəyirsinizsə paneldə imtina düyməsi mövcuddur. Hazırladığınız buterbrodları isitmək üçün komplektasiyaya daxil dayaqdan istifadə edin. Bundan başqa toster əritmə funksiyası ilə təchiz edilib. Bu funksiyanın təyinatı isə soyuducuda uzun müddət saxlanılan çörəyin donunu açmaqdır. Alt hissədə çörək qırıntılarının toplandığı panel yerləşir. İstifadədən sonra paneli çıxardıb təmiz əski ilə silmək və ya su altında yumaq kifayətdir.