Səhərlərinizi təzə dəmlənmiş ətirli çay, yanında isə xırçıldayan tostsuz təsəvvür edə bilmirsinizsə Delonghi Cta2103.W tosteri sizin mətbəxinizdə xüsusi yer tutacaq. Çörəyi mükəmməl qızarda bilmək qabiliyyəti ilə yanaşı bu cihaz dəbli və gözəçarpan görünüşə sahibdir. Mətbəxinizə gözəllik qatıb eyni anda klassik ağ rəngi sayəsində digər texnika ilə asanlıqla uyğunlaşır.
Eyni anda 2 tost hazırlaya bilən qurğu 6 qızarma rejiminə sahibdir. Beləliklə, Delonghi Cta2103.W vasitəsilə çörəyi istədiyiniz dərəcədə qızarda, hətta axşamdan qalan çörəyi isidə bilərsiniz. Çörəyin kifayət qədər qızardığını düşünürsünüzsə hazırlama prosesini dayandırmaq mümkündür. Bunun üçün imtina düyməsinə basmalısınız. İstifadədən sonra isə tosteri xırda çörək qırıntılarından təmizləmək üçün çox vaxt sərf etməyəcəksiniz. Bütün qırıntılar aşağı hissədə yerləşən metal plastində toplanır.