LG LED 55UP77506LA modeli 55" düymlü ekrana malikdir. 60 Hz ekran tezliyi görüntünün keyfiyyətini artırır. Kontakt Home televizor modellərinin geniş çeşidlərini təklif edir.
Qonaq otağı üçün parlaq və böyük displeyə malik Smart TV əldə etmək istəyirsinizsə LG LED 55UP77506LA modelinə nəzər yetirməyinizi məsləhət edirik.
Dizayn
Nazik paneli və sərhədsiz ekranı sayəsində təqdim edilən LG televizor modeli interyerinizi gözəlləşdirən elementlərdən biri olacaq. Korpusun rəngi qaradır. Yan hissədə 2 ədəd HDMI, 1 ədəd USB və Cl slotu mövcuddur. Arxa tərəfdə LAN girişi yerləşdirilib. Lazım olan avadanlığı televizora asanlıqla birləşdirə, onu monitor kimi istifadə edə biləcəksiniz.
Televizor altlığı korpusun alt hissəsində yerləşən ayaqlardan ibarətdir. İnteryerinizin müasir görünməsini, otaqda daha çox boş sahənin qalmasını istəyirsinizsə SmartTV-ni divardan asa bilərsiniz. VESA montaj standardı 300x300 mm təşkil edir.
Ekran
İstənilən kontenti 4K UHD keyfiyyətində izləməyə hazır olun. LG LED 55UP77506LA modelinin imkanları sizi təəccübləndirəcək. Piksel sayının 4 dəfə artırılması sayəsində rənglər daha dəqiq ötürülür. Active HDR texnologiyası ekranda daha çox detalların əks edilməsini təmin edir. Qaranlıq səhnələrdə belə kiçik incəliklər nəzərinizdən qaçmayacaq.
Filmlərin izlənilməsi üçün FILMMAKER MODE rejimi mövcuddur. Bu rejimdə LG televizor görüntünü daha hamar və parlaq etmək üçün təyin edilən bütün tənzimləmələri aradan qaldırır. Nəticədə, rejisorun çəkiliş zamanı istifadə etdiyi vizual effektlərdən daha çox zövq alacaqsınız.
Televizor webOS əməliyyat sistemi üzərində işləyir. Cihaza Apple TV, Netflix və s. kimi tətbiqləri yükləmək olar. Virtual oyunları xoşlayırsınızsa oyun rejimi ilə qələbəyə daha yaxın olacaqsınız. Bu rejimin köməkliyi ilə qəhrəmanınızı daha dəqiq idarə edə biləcəksiniz. Keyfiyyətli görüntü oyun prosesini daha həyacanlı edir.