Samsung W80AAS26AX/LP paltaryuyan inventor tipli mühərrikə malikdir. Barabanın tutumu 8 kq-dır. Kontakt Home paltaryuyan modellərini əlverişli təkliflərlə təqdim edir.
Təmizlik rutinini asanlaşdıran qurğulardan biri paltaryuyan maşındır. Geyimlərinizin keyfiyyətli və qayğılı təmizlənməsini istəyirsinizsə yuyulma prosesini Samsung W80AAS26AX/LP paltaryuyan modelinə həvalə edin.
Dizayn
Sözügedən Samsung paltaryuyan modeli dəbli görünüşə malikdir. Qara rəngi ilə korpus interyerə individuallıq qatır. Gövdənin üst tərəfində yuyucu vasitələr üçün qanov, idarəetmə düymələri və LED displey yerləşir. StayClean sistemi sayəsində qanov hər istifadədən sonra təmiz qalır. Güclü su axını sayəsində yuyucu vasitənin qalıqlarını təmizləməyə ehtiyac olmayacaq. Barabanın tutumu 8 kq-dır. Beləliklə həftə ərzində yığılan geyimlərinizi bir dəfəyə yumaq mümkündür. Buna baxmayaraq cihaz otaqda çox yer tutmur, onun dərinliyi cəmi 45 sm təşkil edir.
Məhsuldarlıq və Yuma rejimləri
Samsung paltaryuyan modeli rəqəmsal inventor mühərriki ilə təchiz edilib. Mühərrik cihazın məhsuldarlığını artıraraq, səssiz və uzun illər boyu işləməsini təmin edir.
Eco Bubble texnologiyası ilə hətta soyuq su ilə yuyulma zamanı effektiv təmizləmə təmin edilir. Yuyucu tozunu köpüyə çevirərək bu texnologiya ləkələrin 24% daha keyfiyyətli təmizlənməsini təmin edir. Ən əsası parçanın rəngi və teksturası qorunur.
Samsung intensiv yuyulma prosesini 49 dəqiqəyə qədər azalda bilib. Super Speed rejimi ilə geyimlərin təmizlənməsinə minimum vaxt sərf edilir. Eco Bubble ləkələri dərindən ləğv edir, Speed Spray texnologiyası yaxalama rejiminin müddətini sürətləndirir.
Əgər siz dezinfeksiya tərəfdarısınızsa buxarla yuyulma rejimini yüksək qiymətləndirəcəksiniz. Bu rejimdə həm dərinə hopmuş çirk daha asan və keyfiyyətli təmizlənir, həm də 99.9% bakteriyalar və allerqenlər ləğv edilir. Kontakt Home paltaryuyan maşının bu funksiyasını allergiyası olan insanlara, ev heyvanları sahiblərinə sınamağı təklif edir.
Samsung W80AAS26AX/LP ilə su sızmalardan qorunmuş olacaqsınız. Paltaryuyanın alt hissəsində yerləşdirilən AquaProtect sensoru su izlərini tapa bilir. Sızmanı müəyyənləşdirən kimi yuma prosesi dayandırılır və barabanda olan su süzülür və xəta barədə bildiriş displeydə əks edilir.