Soyuducunun sizə uzun illər xidmət etməsini və səssiz işləməsini istəyirsinizsə inverter kompressora sahib modellərə nəzər yetirməyinizi məsləhət edirik. LG GN-B422SQCB soyuducu modeli Intelligent Smart Inverter kompressoru ilə təchiz edilib. Kompressor kamera daxilində və çöldəki hava temperaturu göstəricilərinə əsasən soyutma prosesinin intensivliyi avtomatik olaraq tənzimləyir. Nəticədə cihaz elektrik enerjisini qənaətli sərf edir və sürətli dondurma zamanı belə sakit işləyir. Soyuducunun A enerjiistifadə sinfinə aid olması bunun göstəricisidir.
Soyuducu modern görünüşə sahibdir. Gümüşü rəngi müasir üslubda olan mətbəxlərə ideal uyğunlaşır. Cihaz ikiqapılıdır. Dondurucu kamera üst hissədə yerləşir və daxilində buz generatoru var. Konteyner asanlıqla çıxarılır. Bu da sərinləşdirici içkiləri rahat hazırlaya bilməyiniz üçün imkan yaradır. Dondurucunun toplam həcmi 85 litrdir, rəflərə asanlıqla iri ət məhsullarını belə yerləşdirmək olar.
Soyuducu kamerada meyvə-tərəvəzlərin uzun müddət təzə qalmasını təmin edən Fresh Zone konteyneri yerləşir. Böyük və dərin konteynerdə meyvə və tərəvəzlər üçün optimal iqlim şəraiti yaradılır. Beləliklə, bütün faydalı xüsusiyyətlər və vitaminlər saxlanılır. Rəflər möhkəm şüşədən hazırlanıb. Üst hissədə yerləşən dartılan rəf ərzaqları soyuducudan rahat çıxara bilməyiniz üçün kömək edir.
Multi Air Flow texnologiyası sayəsində hər bir rəf və kameraların küncləri bərabər soyudulur. Arxa divarda yerləşən dəliklərdən gələn soyuq hava axını kameralarda daimi dövriyyə edir. Nəticədə, təyin edilən temperatur stabil qalır. Soyuducu No Frost əritmə sistemi ilə təchiz edilib. No Frost texnologiyası cihazın divarlarında buz əmələ gəlmə prosesinin qarşısını alır. Bu o deməkdir ki, əlavə olaraq soyuducunun donunu açmağa ehtiyac qalmayacaq.