Hər bir mətbəxin əvəzedilməz köməkçisi elektrik sobadır. Keyfiyyətli soba vasitəsilə qısa müddət ərzində ləzzətli yeməklər və şirniyyatlar hazırlaya bilərsiniz. Xüsusiyyətləri ilə geniş alıcı kütləsinə sahib olan HOFFMANN SOH70K3 modelini təqdim edirik. Korpusun metal detalları, boz rəngi və lakonik dizaynı sayəsində cihaz modern və loft üslubunda olan mətbəxlərə tam uyğunlaşır. İdarəetmə paneli və iri displey üst hissədə yerləşdirilib.
Soba konveksiya funksiyası ilə təchiz edilib. Daxilində yerləşən ventilyator isti havanın bərabər paylanılmasını təmin edir və yeməkləriniz daha sürətli hazırlanır. Əlavə olaraq, konveksiya sayəsində cihazda meyvə və tərəvəzlərin qurudulması mümkündür. Soba işıqlandırma ilə təchiz edilib. Beləliklə, hazırlanma prosesini asanlıqla izləmək olar. HOFFMANN SOH70K3 modelində qril rejimi mövcuddur. Bu rejimdə hazırlanan toyuq və ətin iştahaçıcı qızılı qabığı qonaqlarınızı və ailə üzvlərinizi heyran edəcək. Taymer vasitəsilə hazırlama qaydalarına dəqiq riayət edəcəksiniz.
70 litrlik tutumu sayəsində sobada eyni anda 2 tava yerləşdirmək olar. Tavanın hündürlüyünü asanlıqla tənzimləyə bilərsiniz. Təhlükəsizliyinizi təmin etmək üçün qapıda 2 ədəd şüşə yerləşdirilib. Nəticədə isti şüşə ilə birbaşa təmasda olmayacaqsınız. HOFFMANN sobası A enerjiistifadə sinfinə aiddir və elektriki qənaətli sərf edir. Sobanın digər xüsusiyyətləri ilə tanış olmaq üçün mağazaya gəlməyə ehtiyac yoxdur. “Canlı video məsləhətçi” düyməsinə basın. Əməkdaşımız sobanı video zəng vasitəsilə nümayiş edib yaranan suallarınızı cavablayacaq.