Yemək hazırlamağı xoşlayırsınız? O zaman mətbəxinizdə keyfiyyətli soba olmalıdır. Axı yeməklərinizin düzgün hazırlanması və iştahaçıcı görünüşü sobadan asılıdır. İmkanları ilə digər modellərdən fərqlənən Gorenje BO737E24XG sobasına nəzər yetirməyinizi məsləhət edirik. Genişləndirilmiş yan divarlar və hamarlanmış küncləri xüsusi ənənəvi odun sobalarının quruluşunu təkrarlayır. MutliFlow 360° texnologiyası isti havanın sobada dövriyyəsini təmin edir. Nəticədə, ləzzətli xırçıldayan qabıq və altında mükəmməl hazırlanmış yemək əldə edəcəksiniz.
Axşam yeməyinə qonaq gözləyirsiniz? Gorenje BO737E24XG modelinin 71 litr həcmi və güclü ventilyator eyni anda 5 tavada müxtəlif yeməklərin hazırlamasını mümkün edir. Yaranan hava axını sayəsində qoxular bir-birinə qarışmır. Soba aydın işıqlandırılır. Hazırlama prosesini asanlıqla izləyə bilərsiniz.
Cihaz möhkəm SilverMatte materialından hazırlanıb və yüksək temperaturlara davamlıdır. Beləliklə Gorenje BO737E24XG işləyəndə ona toxuna bilərsiniz, çünki DC+ sistemi vasitəsilə cihazın korpusu soyuq qalır. Sobadan istifadə etməyə başlayan kimi soyutma sistemi işə salınır. Yeməyinizi sobadan çıxartdıqdan sonra belə DC+ sistemi aktiv olur. Divarların temperaturu 60°-dən aşağı olan kimi soyutma sisteminin işi dayandırılır.
Ailənizdə daha çox ət yeməkləri sevilirsə Qril rejimi sizin əvəzedilməz köməkçiniz olacaq. Ləzzətli steyklər, sobada toyuq, balıq ləvəngisi hazırlayanda Qril rejimindən istifadə etməyi yaddan çıxartmayın. Dondurucudan yeni çıxan məhsulların donunu açmaq üçün Əritmə rejimi mövcuddur. Gorenje hətta soyumuş yeməyinizi tez bir zamanda isidə bilər. Rahatlığınız üçün hər şey düşünülüb. Ən əsası isə, cihazın təmiz saxlanılması çox vaxt almır. AquaClean funksiyası sayəsində hətta qurumuş yağ ləkələri asanlıqla təmizlənir.