Diqqət mərkəzində olmağı xoşlayırsınızsa yeni SAMSUNG GALAXY Z FOLD 3 smartfonu sizin üçündür. Cihazın ən əsas fərqliliyi qatlanabilən ekrandır. Hər iki ekran 120 Hz tezliyə sahibdir. Telefon bağlı vəziyyətdə olanda belə xəbər lentini sürətli izləmək olar. Açıq vəziyyətdə isə 7.6" düymlü AMOLED İnfinity Flex ekran keyfiyyəti və parlaq rəngləri ilə sizi heyran edəcək. Böyük ekran qeydlər, rəsmlər, oyunlar və video izləmək üçün idealdır. Ən əsası isə maksimal kontent əldə edəcəksiniz. Çünki ön kamera piksellərlə örtülüb və ekranın altında gizlənir.
Bir çox mobil tətbiqlərin işləməsi GALAXY Z FOLD 3 modelinə uyğun olaraq optimallaşdırılıb. Nəticədə tətbiqlər arasında sürətli keçid edə biləcəksiniz. Yenilənmiş interfeys, iri ekran və güclü Snapdragon 888 5G prosessor eyni anda 3 tətbiqdən istifadə etməyi mümkün edir. Ekran 3 hissəyə bölünür və siz daha çox tapşırıq yerinə yetirə biləcəksiniz. Öncəki modelə nisbətən smartfon daha nazik və yüngül olub. Arxa panel matdır, üzərində barmaq izləriniz qalmayacaq. Korpus mükəmmək yaşıl rəngdə təqdim edilib. Barmaq izi skaneri yan hissədə güc düyməsinin üzərinə yerləşdirilib. Üst və alt hissələrdə yerləşən stereodinamiklər sizi təmiz və dolğun səslə təmin edir. Korpus IPX8 qorunma dərəcəsinə malikdir. Bu o deməkdir ki, cihaz 1 metr dərinlikdə suyun altında qala bilir.
Digər üstünlüyü Flex rejimi. Xüsusi şarnirnirin mexanizmi ekranı 75°-dən 115° dərəcə açıq vəziyyətdə saxlamağa imkan yaradır. Beləliklə əllərinizi istifadə etmədən əsas kameraya şəkil çəkə bilərsiniz. Şəkillərin yaradılması üçün 12 mpx geniş bucaqlı, 12 mpx əsas kamera, 12 mpx telefoto, 10 mpx balaca ekranda yerləşən ön kamera və 4 mpx böyük ekranın ön kamerası var. Sonuncu kamera daha çox video zənglər üçün istifadə edilir. Smartfon 4K video çəkə bilir, əsas kamera stabilizasiya ilə təchiz edilib. Nəticətə hətta hərəkət zamanı dəqiq və detallı fotolar əldə edəcəksiniz.
Smartfonla işləyərkən SPen-dən istifadə edə bilərsiniz. Bu funksiyanı Samsunq istifadəçiləri çox gözləyirdi. Smartfonu iş üçün istifadə edənlər SPen vasitəsilə bir çox əməliyyatları asanlıqla yerinə yetirəcəklər. Beləliklə, SAMSUNG GALAXY Z FOLD 3 modeli iş, videoların izlənilməsi və “geyminq” üçün sizin əvəzedilməz köməkçiniz olacaq.