Büdcəli planşetlər kateqoriyasına aid olan Samsung Galaxy Tab A7 64 GB imkanları ilə istifadəçilərini heyran edir. Zərif dizayn, yüksək məhsuldarlıq və möhtəşəm parametrlər sayəsində cihaz gündəlik işlərinizin yerinə yetirilməsində sizin əvəzolunmaz köməkçiniz olacaq. Planşetin korpusu metaldan hazırlanıb. Korpusun sol tərəfində microSD/SIM üçün giriş, sağ tərəfdə güc və səs düymələri var. Üst və alt hissələrdə güclü Dolby Atmos dinamikləri, alt hissədə isə USB Type-C və qulaqlıq üçün girişlər yerləşdirilib. Samsung Galaxy Tab A7-də 10.4 düymlü TFT LCD displey istifadə edilib, ekran həlli 2000 x 1200-dir. Görüntü detallıdır, rənglər düzgün təsvir edilir. Gün işığında və axşam vaxtı kontent rahat oxunur. Cihaz Qualcomm Snapdragon 662 prosessoru üzərində işləyir. Operativ yaddaş 3 GB-dır. 7040 mAh tutumlu akkumulyator sayəsində HD video, film və seriallar izləyə, oyun oynaya, İnternetdən istifadə edə bilərsiniz. Galaxy Tab A7 enerjini çox səmərəli sərf edir. Planşetin daxili yaddaşı 64 GB-dır. Lakin microSD kart vasitəsilə onun yaddaşı 1 TB qədər artırıla bilər. SIM kart dəstəyi sayəsində isə Galaxy Tab A7 ilə zəng və 4G-dən istifadə edə bilərsiniz. Əlavə olaraq planşetdə Bluetooth 5.0, GPS sistemi mövcuddur. Arxa korpusda əsas kamera yerləşdirilib. Kamera avtofokus ilə təchiz edilib, 8 mpx şəkillər və Full HD formatında videolar çəkə bilir. Ön kamera 5 meqapiksellidir. Videocall zamanı görüntü dəqiq və hamardır. Samsung Galaxy Tab A7 64 GB hissə-hissə almaq üçün Kontakt.az saytına daxil olmanız kifayətdir. Planşeti daha yaxından incələmək istəsəniz sizə yaxın olan Kontakt Home filialında sizi gözləyirik.