Galaxy S22 smartfonu 6.1" düymlü Dynamic AMOLED 2X displeylə təchiz edilib. Korpus alüminium və şüşədən hazırlanıb. IP68 qorunma dərəcəsi var. Batareyanın tutumu 3700 mAh-dır.
Samsung Galaxy S22 smartfonu parlaq Dynamic AMOLED 2X displeyə malikdir. 3700 mAh tutumlu batareya ilə cihazı tez-tez şarj etmək lazım olmayacaq. Peşəkar keyfiyyətli şəkillər çəkə bilməyiniz üçün arxa paneldə güclü kamera bloku yerləşdirilib.
Görünüş və Displey
Galaxy S22 qiymeti və parametrləri sayəsində istifadəçilər tərəfindən sevilir. Phantom White rəngində təqdim edilən smartfon möhkəmləndirilmiş şüşədən və alüminiumdan hazırlanıb. Arxa panel matdır və üzərində barmaq izi ləkələri qalmır. Korpus IP68 qorunma dərəcəsinə malikdir. Smartfon suya və toza davamlıdır. Dəbli və eyni zamanda sadə görünüşə malik gövdəsi sayəsində smartfon hətta iş adamları üçün ideal seçim olacaqdır.
6.1"düymlü Dynamic AMOLED 2X displeyi görüntünü parlaq və real ötürür. Ekran tezliyi adaptivdir və 48 Hz – 120 Hz arası dəyişir. Samsung Galaxy S22 Vision Booster texnologiyasını dəstəkləyir. Bu texnologiya gün işığı altında ayın oxunmasını təmin edir. Ekran cızıqlaradan və mexaniki zərbələrdən Corning Gorilla Glass Victus+ ilə qorunur.
Kameralar
Tətilinizdən xoş xatirələr gətirmək istəyirsinizdə Galaxy S22 kameralarının keyfiyyəti sizi sevindirəcək. Arxa paneldə 12 meqapikselli ultra geniş bucaqlı, 50 meqapikselli geniş bucaqlı və 3X optik zoom-la təchiz edilən 10 meqapikselli telefoto kameraları yerləşdirilib. Displeydə yerləşdirilən 10 meqapikselli kamera ilə selfiləriniz daha parlaq və aydın olacaq.
Samsung Galaxy S22 ilə günün istənilən vaxtı keyfiyyətli şəkillər çəkəcəksiniz. Axşam gəzintilərinizi yaddaşda saxlamaq üçün “Gecə” rejiminə keçid edin. Böyük piksel sensoru daha çox işıq tutur, şəffaf şüşə minimal parıltıya malikdir. Nəticədə, axşamüstü çəkilən şəkillər dəqiq və aydın alınırlar. Bu rejimdə hətta portret şəkilləri çəkmək mümkündür.
“Gecə” rejimini eyni zamanda videolarınız üçün istifadə etmək olar. Kamera avtomatik olaraq işıqlandırma səviyyəsini müəyyənləşdirir və optimal kadr tezliyində çəkilişə başlayır. Super Night Solution texnologiyası hər bir kadrı daha detallı edir. Günün istənilən vaxtı ideal görüntü əldə edəcəksiniz.
Məhsuldarlıq
Smartfonda 4 nanometrli Exynos 2200 prosessorundan istifadə edilib. Tapşırıqlarınızın çətinliyindən asılı olmayaraq prosessor onları sürətli icra edir. İntensiv istifadə zamanı belə hamar keçidlər təmin edilir və cihaz isinmir. 3700 mAh həcmli batareyanın enerjisi uzun müddət ərzində tükənmir və tez bərpa olunur. Müasir çipin köməkliyi ilə batareyanın enerjisi daha effektiv sərf edilir. Nəticədə, vacib danışıqlar zamanı telefon qəfildən sönməyəcək. Şəxsi faylların, şəkil və videoların saxlanılması üçün 128 GB daxili yaddaş ayrılıb.