Samsung Galaxy S22 qiymeti və parametrləri ilə tanış olmaq üçün Kontakt Home saytına keçid edin. Smartfon Exynos 2200 çipinə və 6.1" düymlü Dynamic AMOLED 2X displeyə malikdir.
Samsung Galaxy S22 möhkəm korpusu və sürətli interfeysi ilə seçilir. Smartfonun güclü tərəflərindən biri də müasir kamera sistemidir. Kameraların köməkliyi ilə istənilən şəraitdə ideal kadr əldə edə biləcəksiniz.
Görünüş və Displey
Galaxy S22 modeli yaşıl rəngdə təqdim edilib. Arxa panel mat şüşədən hazırlanıb. Beləliklə, korpusun üzərində barmaq izləri qalmayacaqdır. Alüminium çərçivə smartfonun yan hissələrini örtür. Korpus IP68 qorunma dərəcəsinə malikdir. Smartfon suya və toza davamlıdır. Dəbli və eyni zamanda sadə görünüşə malik gövdəsi sayəsində smartfon hətta iş adamları üçün ideal seçim olacaqdır.
Ön paneldə parlaqlığı ilə seçilən böyük Dynamic AMOLED 2X displeyi yerləşir. Ekran tezliyi adaptivdir və 48 Hz – 120 Hz arası dəyişir. Bu isə o deməkdir ki, filmləri izlədiyiniz zaman görüntü yüksək detallığı ilə seçiləcəkdir. Samsung Galaxy S22 Vision Booster texnologiyasını dəstəkləyir. Bu texnologiya gün işığı altında ayın oxunmasını təmin edir. Ekran cızıqlaradan və mexaniki zərbələrdən Corning Gorilla Glass Victus+ ilə qorunur.
Kameralar
Smartfonda keyfiyyətli kameraların olması sizin üçün vacib amillərdən biridirsə Galaxy S22 modeli sizin üçündür. Müxtəlif formatlı şəkillər yarada bilməyiniz üçün arxa paneldə 12 meqapikselli ultra geniş bucaqlı, 50 meqapikselli geniş bucaqlı və 3X optik zoom-la təchiz edilən 10 meqapikselli telefoto kameraları yerləşdirilib. Displeydə yerləşdirilən 10 meqapikselli kamera ilə selfiləriniz daha parlaq və aydın olacaq.
Samsung Galaxy S22 ilə günün istənilən vaxtı keyfiyyətli şəkillər çəkəcəksiniz. Axşam gəzintilərinizi yaddaşda saxlamaq üçün “Gecə” rejiminə keçid edin. Böyük piksel sensoru daha çox işıq tutur, şəffaf şüşə minimal parıltıya malikdir. Nəticədə, axşamüstü çəkilən şəkillər dəqiq və aydın alınırlar. Bu rejimdə hətta portret şəkilləri çəkmək mümkündür.
“Gecə” rejimini eyni zamanda videolarınız üçün istifadə etmək olar. Kamera avtomatik olaraq işıqlandırma səviyyəsini müəyyənləşdirir və optimal kadr tezliyində çəkilişə başlayır. Super Night Solution texnologiyası hər bir kadrı daha detallı edir. Günün istənilən vaxtı ideal görüntü əldə edəcəksiniz.
Məhsuldarlıq
Samsung smartfonunun imkanlarını Exynos 2200 prosessoru genişləndirib. Tapşırıqlarınızın çətinliyindən asılı olmayaraq prosessor onları sürətli icra edir. İntensiv istifadə zamanı belə hamar keçidlər təmin edilir və cihaz isinmir. 3700 mAh həcmli batareyanın enerjisi uzun müddət ərzində tükənmir və tez bərpa olunur. Müasir çipin köməkliyi ilə batareyanın enerjisi daha effektiv sərf edilir. Nəticədə, vacib danışıqlar zamanı telefon qəfildən sönməyəcək. Şəxsi faylların, şəkil və videoların saxlanılması üçün 128 GB daxili yaddaş ayrılıb.