Samsung Galaxy Buds Pro musiqi ilə yaşayanların seçimidir. Keyfiyyətli səsdən həzz almaq istəyirsinizsə bu qulaqlıqlar sizin üçündür! Aktiv Səs Ləğv etmə texnoloqiyası ilə kənar səslər dinləmə prosesinə mane etmir. Eşitmək istədiklərinizə özünüz qərar verin – səsli avtobus, yoxsa sevdiyiniz musiqi. Texnika və aksessuarlarda klassik üslubu sevənlər qulaqlıqların Phantom Black rəngini bəyənəcək. Sevdiyiniz ifaçının yeni albomunu dinləyin, aktual audio kitabları kəşf edin, zənglərə cavab verin – Dolby Head Tracking texnologiyası ilə hətta hərəkət zamanı səs təmiz və dolğun ötürülür.
Galaxy Buds Pro ilə vaxtınızı bir-birinə dolaşan naqillərin açılmasına sərf etməyəcəksiniz. Qulaqlıqları keysdən çıxardıb 1 barmaq toxunuşu ilə musiqi dünyasına qatılın. Keys keyfiyyətli plastikdən hazırlanıb və yığcam ölçüləri sayəsində cibinizə rahat yerləşir. Komplektə 3 ədəd böyük, orta və kiçik içliklər daxildir. Beləliklə, cihaz qulaqlarınıza tam oturacaq.
Siz danışmağa başlayan kimi Səs Tanıma funksiyası Aktiv Səs Ləğv etmə rejiminin işini dayandırır. Ətrafdakı səs rejimini aktivləşdirəndə dostlarınızla söhbətə qoşulmaq üçün qulaqlıqları çıxartmağa ehtiyac qalmır. Bu rejimdə səs ötürülməsinin intensivliyini idarə etmək olur. Bu səbəbdən qulaqlıqları söndürməsəniz belə bütün vacib məlumatı eşidəcəksiniz.
Əgər gecə zamanı musiqi qulaq asmısınız və səhər qulaqlıqları tapa bilmirsiniz, SmartThings tətbiqi sizə kömək edəcək. Tətbiqə daxil olandan sonra qulaqlıqlar səsli siqnal çıxaracaq. Beləliklə, itirdiyiniz qulaqları asanlıqla tapa bilərsiniz. Və ən əsası olan, əlbəttə ki işləmə müddətidir. Aktiv Səs Ləğv etmə rejimində Galaxy Buds Pro-nun enerjisi 5 saat fasiləsiz musiqi dinləmək üçün kifayətdir. Keysin daxilində yerləşdirilən akkumulyator sayəsində isə əlavə 13 saat istifadə əldə edilir.