64 GB daxili yaddaş, 48 meqapikselli əsas kamera, 5000 mAh batareya – bütün bunlar yeni Samsung Galaxy A22 smartfonunda birləşir. Əməliyyat sistemi Android 11, operativ yaddaş 4 GB-dır.
Qeyri-adi rəngi ilə diqqəti cəlb edən smartfonları bəyənirsinizsə Samsung Galaxy A22 modelinin mükəmməl yaşıl rəngi sizi heyran edəcək. Yüksək məhsuldarlığı sayəsində bu model istənilən tapşırığınızı sürətli emal edə bilir.
Dizayn və Displey
Hamar və möhkəm plastikdən hazırlanan korpus əldə rahat və etibarlı şəkildə yerləşir. Cəmi 186 qram çəkiyə sahib smartfonu əlinizdə saxlamaqdan yorulmayacaqsınız. Eyni anda 2 nanoSIM kartdan istifadə imkanı sayəsində sözügedən model iş adamları tərəfindən çox sevilir. Vacib faylların saxlanılması üçün 64 GB yaddaşa sahib olan Galaxy A22 barmaq izi skaneri ilə təchiz edilib. Təhlükəsizliyinizi təmin edən skaner yan hissədə yerləşir.
Ön panel xırda cızıqlara davamlı olan şüşədən hazırlanıb. 6.4" düymlü Super AMOLED displeyin nazik çərvivələri sayəsində maksimal görüntü əldə edilir. 720 x 1600 ekran həlli rəngləri dəqiq və parlaq ötürür. Toxunuşlara həssas olan sensor sayəsində cihazdan rahat istifadə edə biləcəksiniz.
Batareya və Prosessor
Batareyanın 5000 mAh tutumu gün ərzində daha çox zəng etmək, mesaj və mail göndərmək, xəbər lentini izləmək, musiqi dinləmək üçün imkan yaradır. Cihazın enerjisi 38 saat ərzində zəng etmək, 25 saat ərzində internet-serfinq etmək və ya 97 saat ərzində musiqi dinləmək üçün kifayət edir. Sərf edilən enerjini sürətli bərpa etmək üçün isə sizə yalnız 15 Vt adapter lazım olacaq. Sürətli MediaTek Helio G80 prosessoru sayəsində smartfon istənilən tətbiqləri və oyunları asanlıqla yükləyib işə salır. Eyni anda bir neçə tətbiqləri işə salsanız belə cihazın gövdəsi isinmir və ekran donmur.
Kameralar
Samsung smartfonu ilə bir toxunuşla bənzərsiz fotoşəkillər yaradıb gününüzü yaxınlarınızla bölüşün. İstədiyiniz nəticəni əldə edə bilməyiniz üçün arxa paneldə 48 meqapikselli əsas kamera, 8 meqapikselli geniş bucaqlı kamera, 2 meqapikselli makrokamera və 2 meqapikselli dərinlik sensoru yerləşdirilib. Ön paneldə mövcud olan 13 meqapikselli kameranın köməkliyi ilə mükəmməl selfilər yaradacaqsınız.