Samsung Galaxy A12 128 GB smartfonunun qırmızı korpusunda sürətli Exynos prosessor, 5000 mAh həcmli batareya və keyfiyyətli kamera bloku birləşir. Smartfon PLS IPS ekrana sahibdir.
Gündəlik istifadə üçün lazım olan bütün funksiyalara sahib smartfon axtarırsınız? Seçiminizi Samsung Galaxy A12 modelində dayandırın. İmkanları və tükənməyən batareyası ilə bu cihaz sizi təəccübləndirə bilər. Smartfon gözəçarpan görünüşə sahibdir. Displey şüşədən, arxa panel isə qırmızı plastikdən hazırlanıb. Optimal ölçüləri sayəsində cihaz əldə rahat yerləşir və bir əllə belə asanlıqla idarə edilir. Yüngül çəkisi smartfondan yorulmadan istifadə edə bilməyiniz üçün imkan yaradır. Böyük sensorlu ekran görüntünü detallı və aydın ötürür. Displey həm gün işığı altında, həm də qaranlıq otaqda rahat oxunur. Sadə və rahat interfeys tapşırıqları yerinə yetirərkən diqqətinizi cəmləməyə kömək edir.
Kameralar
İstənilən smartfonun vacib parametrlərindən biri də kameralar blokudur. Parlaq və detallı şəkillərin yaradılması üçün smartfon 48 meqapikselli əsas kamera ilə təchiz edilib. Bununla yanaşı əsas kamera FHD keyfiyyətli videolar yarada bilir. Bütün dostlarınızın obyektivə rahat düşə bilməsi üçün 5 meqapikselli ultra geniş bucaqlı kameradan tez-tez istifadə edəcəksiniz. İri kadrlar üçün 2 meqapikselli makro kamera mövcuddur. Dərinlik sensoru ilə əsas obyekti ön plana çıxardaraq arxa fonu bulanıq etmək mümkündür. Yaxınlarınızı təkrarolunmaz selfilərinizlə sevindirə bilməyiniz üçün ön paneldə 8 meqapikselli kamera yerləşdirilib.
Avtonomluq
Çətin günlərdə A12 sizi yalnız qoymayacaq. Günün sonunadək yerinə yetirilməli çox işiniz olsa belə əlaqəsiz qalmayacaqsınız. Galaxy A12 modelinin enerjisi ehtiyaclarınız üçün günün sonunadək kifayət edəcək. Həm də, smartfon sürətli enerji yığmanı dəstəkləyir. Beləliklə, 15 Vt adapter ilə xərclənən enerjini qısa müddətdə bərpa edib tamamlanmayan işlərinizə qayıda bilərsiniz.
Məhsuldarlıq
Tapşırıqlarınızı sürətli yerinə yetirə bilməyiniz üçün Galaxy A12 modelində Exynos 850 prosessor istifadə edilib. Güclü prosessor və böyük operativ yaddaş tətbiqlərin rahat və sürətli işləməsini təmin edir. Eyni anda bir neçə iş yerinə yetirsəniz belə smartfon isinmir və ekran donmur. Uzun müddət ərzində video çəkə, şəkillərinizi cihazda saxlaya bilməyiniz üçün 128 GB daxili yaddaş təqdim edilib. Lakin, bu həcmi daha da artırmaq olar. MicroSD kart vasitəsilə telefonun yaddaşını 1 TB-a qədər genişləndirmək mümkündür.