Samsung Galaxy A12 qiyməti və parametrləri sayəsində 2021 ilin ən çox satılan smartfonlar siyahısına daxildir. A12 keyfiyyətli kameralara, sürətli interfeysə, böyük yaddaşa sahibdir.
2021-ci ilin top 10 ən çox satılan smartfonlar siyahısına daxil olan Samsung Galaxy A12 dəbli görünüşə və yüksək məhsuldarlığa sahibdir. Qara plastikdən hazırlanan korpus relyeflidir. Bu da smartfonun əldə rahat yerləşməsini təmin edir. 2 mikrofonla təmin edilən cihaz danışıq zamanı səsi təmiz ötürür. Küləkli havada, səs-küylü otaqda zəngə cavab versəniz belə həmsöhbətiniz sizi aydın eşidəcək. Cihazda 2 nanoSIM istifadə edilə bilər. Bundan başqa yaddaş kartı üçün ayrı giriş mövcuddur. Ön panel şüşədən hazırlanıb. Üst hissədə kamera üçün V-şəkilli kəsik mövcuddur. 6.5" düymlü PLS IPS ekranda istənilən videoları, sevdiyiniz filmləri asanlıqla izləyə bilərsiniz.
Məhsuldarlıq
8 nüvəli Exynos 850 prosessoru cihazın çevikliyini təmin edir. Eyni anda bir neçə tətbiqlər aça, iş tapşırıqlarınızı asanlıqla yerinə yetirə bilərsiniz. İntensiv istifadə zamanı belə smartfonun gövdəsi isinmir və ekran donmur. Galaxy A12 Android 10 əməliyyat sistemi üzərində işləyir. İnterfeys sadəliyi və funksionallığı ilə seçilir.
Daxili yaddaş 128 GB-dır. Bu da, sevdiyiniz musiqini, vacib faylları cihazda saxlaya bilməyiniz üçün imkan yaradır. Həm iş, həm də şəxsi istifadə üçün ehtiyaclarınızı qarşılayan smartfon axtarırsınızsa seçiminizi Galaxy A12 modelində dayandıra bilərsiniz. Özünüzlə iki telefon daşımağa ehtiyac yoxdur, smartfon iki nanoSIM kartın işini dəstəkləyir.
Avtonomluq
5000 mAh həcmli batareya ilə yaxınlarınızla daim ünsiyyətdə qalacaqsınız. Musiqi dinləyin, oyun oynayın, mesaj göndərin – smartfonun enerjisi günün sonunadək tükənməyəcək. Axşam evinizə qayıdanda isə 15 Vt adapter vasitəsilə cihazı sürətli şarj edib işlərinizi asanlıqla tamamlaya bilərsiniz.
Kameralar
Şəkil çəkə bilməyiniz üçün arxa paneldə 4 ədəd kamera və fləş yerləşdirilib. Gündəlik istifadə üçün 48 meqapikselli əsas kamera mükəmməldir. Onun köməkliyi ilə detallı və parlaq foto və videolar yaratmaq olar. Arxa fonun kadra maksimal düşməsi üçün 5 meqapikselli geniş bucaqlı kamera mövcuddur. İri planlar üçün 2 meqapikselli dərinlik sensoru və 2 meqapikselli makro kamera var. Bundan başqa, ön paneldəki 8 meqapikselli kamera ilə keyfiyyətli selfilər əldə etmək olar.