Gündəlik istifadə üçün ideal olan Samsung Galaxy A03s smartfonunu təqdim edirik. Mediatek MT6765 Helio P35 (12nm) prosessor və 4GB operativ yaddaş sayəsində telefon mobil tətbiqləri və oyunları sürətli yükləyib işə salır. Galaxy A03s çox məhsuldardır. Eyni anda bir neçə işi yerinə yetirə bilərsiniz, çünki smartfonun hətta intensiv istifadə zamanı isinmir. Korpus ağ rəngdə təqdim edilib və mat plastikdən hazırlanıb. Yüngül çəkisi sayəsində cihazdan rahat bir əllə istifadə etmək olar.
Arxa tərəfdə 13 mpx + 2 mpx + 2 mpx və 1 fləşdən ibarət kamera bloku var. Əlavə kamera ön paneldə yerləşdirilib. 5 mpx aydın və detallı selfilərin yaradılmasında köməkçiniz olacaq. Həyatınızın maraqlı anlarını yaddaşda saxlayıb dostlarınızla bölüşün. Galaxy A03s 6.5" düymlü iri ekrana sahibdir. Ekan görüntünü parlaq ötürür. İstədiyiniz qədər video izləyə, oyun oynaya bilərsiniz, smartfonun enerjisi günün sonunadək kifayət edir. 5000 mAh həcmli batareya və sürətli enerji yığmanı xüsusiyyətlərini daim hərəkətdə olan insanlar bəyənəcək.
Samsung Galaxy A03s eyni anda 2 nanoSIM və 1 microSD kartın işini dəstəkləyir. Beləliklə, şəxsi və iş nömrələriniz üçün yanınızda 2 telefon daşımaq lazım deyil. 64 GB daxili yaddaş microSD kart vasitəsilə artırıla bilər. Smartfonda daha çox kontent saxlayın. Samsung məlumatlarınızın təhlükəsizliyini təmin edir. Barmaq izi skaneri telefonu etibarlı şəkildə blokdan çıxarır.