Samsung Galaxy A02 smartfonu Kontakt Home saytında mavi rəngdə təqdim edilib. 6.5” düymlü ekran görüntünü parlaq ötürür. Operativ yaddaş 2 GB, daxili yaddaş isə 32 GB-dır.
Büdcəli smartfon axtarırsınız? Samsung Galaxy A02 modelini qarşılayın. Smartfon bir çox faydalı imkanlara sahibdir. Daxilində gündəlik istifadə üçün lazım olan hər şey var – parlaq ekran, yüksək məhsuldarlıq, tutumlu batareya.
Görünüş və Displey
Seçilməyi sevirsinizsə Samsung Galaxy A02 Blue modelini bəyənəcəksiniz. Rəngi ilə yanaşı korpus diqqəti relyefli səthi ilə cəlb edir. Smartfonun gövdəsi möhkəm plastikdən hazırlanıb. Sol tərəfdə 2 ədəd nanoSIM və 1 microSD kart üçün slot, sağ tərəfdə isə güc və səs düymələri mövcuddur. Alt hissədə dinamik, micro USB, mikrofon və 3.5 mm qulaqlıq üçün giriş var.
6.5” düymlü ekranın materialı şüşədir. IPS LCD displey görüntünü keyfiyyətli təsvir edilir. Smartfon avtomatik işıq idarəetmə sensoru ilə təchiz edilib. Beləliklə, onu açıq havada, günəş altında rahat istifadə edə bilərsiniz. Bir neçə dəqiqəlik qapalı yerə daxil olmaq lazım olsa belə, telefon dərhal optimal ekran işıqlandırmasını özü avtomatik tənzimləyəcək.
Məhsuldarlıq və Kamera Bloku
Galaxy A02 smartfonunda MediaTek MT6739W prosessor yerləşdirilib. Prosessor və 2 GB operativ yaddaş tətbiqlərin sürətli işə salınması üçün imkan yaradır. Şəkil və videoların ötürülməsi, mesajların göndərilməsi, gündəlik zənglər və s. kimi gündəlik işlərinizin yerinə yetirilməsi üçün Galaxy A02 modeli idealdır. Məlumatın saxlanılması üçün 32 GB daxili yaddaş ayrılıb. Lakin, microSD kartın köməkliyi ilə yaddaş həcmini artıra biləcəksiniz. Batareyanın həcmi 5000 mAh təşkil edir. Aktiv istifadə zamanı smartfonun enerjisi növbəti günə qədər tükənməyəcək. Beləliklə, evinizdən çıxanda USB naqili və adapteri evdə saxlaya bilərsiniz.
Şəkillərin yaradılması üçün Galaxy A02-nin arxa panelində 13 meqapikselli əsas kamera, 2 meqapikselli makro modul və fləş yerləşdirilib. Gün işığı altında kamera aydın və parlaq şəkillər yarada bilir. 5 meqapikselli ön kamera ilə qüsursuz selfilər əldə edəcəksiniz.