Paltarlarınızı effektiv təmizliyi üçün paltaryuyan maşının seçiminə məsuliyyətli yanaşmağı məsləhət edirik. İstifadəçilərinin etibarını qazanan Samsung brendi bu problemin həllini tapdı. Samsung WW80T3040BS/LP paltaryuyan maşını keyfiyyəti, qiyməti və faydalı xüsusiyyətləri ilə seçilir.
Paltaryuyanın hündürlüyü 85 sm, eni 59.5 sm, dərinliyi isə 46.5 sm-dir. Üst hissədə yuyucu vasitələr üçün qanov, idarəetmə paneli və LED displey yerləşdirilib. Displeydə yuma rejimi, vaxt və yumanın dövrü əks edilir. Çamaşırların maksimum yüklənməsi 8 kq olan bu model 14 fərqli yuma rejimlərinə sahibdir. Maşının inverter mühərriki enerjinin səmərəli sərf edilməsini təmin edir. Samsung WW80T3040BS/LP modeli A+ enerjiistifadə sinfinə aiddir. Eyni zamanda paltaryuyan aşağı səs səviyyəsi ilə işləyir – cəmi 75 dB. Cihazın sıxma sürəti 1400 döv/dəq. Uşaqdan müdafiə rejimi təhlükəsizliyi təmin edir.
Vaxtınız məhdud olanda Sürətli yuma proqramı sizin köməyinizə gələcək. Cəmi 18 dəqiqəyə geyimləriniz çirkdən effektiv təmizlənəcəkdir. Dinamik həyat tərzi sürənlər və iş adamları üçün çox əlverişli seçimdir.
Drum Clean eko-təmizlik funksiyası barabanı bakteriyalardan 99.9% qoruyur. Bu rejim üçün hər hansı bir yuyucu vasitədən istifadə edilmir. Baraban yalnız güclü su axını ilə təmizlənir.
Samsung WW80T3040BS/LP paltaryuyan maşınını nağd və ya hissəli əldə etmək üçün ən yaxın Kontakt Home mağazasına gəlin. Peşəkar məsləhətçilərimiz cihazın bütün imkanları ilə sizi tanış etməkdən məmnun olacaq.