Kontakt Home paltaryuyan modellərinin geniş çeşidini təqdim edir. Bosch paltaryuyan inverter mühərriklə təchiz edilib. Barabanın tutumu 7 kq üçün nəzərdə tutulub.
Keyfiyyətli materiallardan hazırlanan və sizə etibarlı şəkildə xidmət edən paltaryuyan əldə etmək istəyirsinizsə seçiminizi Bosch brendində dayandırın. Bosch WHA222XMOE modeli yığcamlığı, çətin ləkələri belə təmizləmə qabiliyyəti, proqramlarının sayı ilə seçilir.
Görünüş
Sözügedən model klassik ağ rəngdə təqdim edilib. PerfectFit konstruksiyası sayəsində cihazı divara maksimal olaraq bitişik quraşdırmaq mümkündür. Ara məsafəsi cəmi 1 mm təşkil etməlidir. Yeriniz məhduddursa Bosch paltaryuyan sizə lazım olan küncə asanlıqla sığacaq.
Cihazın çəni paslanmayan poladdan hazırlanıb. Korpusun üst hissəsində yuyucu vasitələr üçün qanov, mövcud proqramları seçmək üçün düymə və idarəetmə paneli yerləşdirilib. Yan hissələrinin xüsusi quruluşu sayəsində paltaryuyan sıxma rejimində belə sakit işləyir və vibrasiya etmir. Beləliklə, siz yuma prosesini eşitmirsiniz, yalnız nəticəni görürsünüz.
Funksionallıq
SoftCare drum barabanın həcmi artırılıb. Nəticədə, paltaryuyan vasitəsilə 7 kq qədər geyim yumaq mümkündür. Daxili hissənin relyefi yuma zamanı ləkələrin effektiv təmizlənməsini və eyni zamanda parçanın zədələnməməsini təmin edir.
AntiStain texnologiyasının köməkliyi ilə Bosch paltaryuyanı 4 növ ən çətin çıxarılan ləkələrin öhdəsindən asanlıqla gəlir. Buna ot, yağ, qırmızı şərab, qan ləkələri aiddir. Ləkənin və parçanın növünə əsasən paltaryuyan suyun temperaturunu, yuyulma müddətini və barabanın hərəkətini tənzimləyərək ideal nəticəni təqdim edir.
PreSoaking rejimi seçiləndə yuyulmadan öncə paltarlar bir saat ərzinsə barabanda isladılır. Bu zaman əllə yumanı imitasiya etmək üçün baraban asta və qayğılı şəkildə hərəkət etməyə başlayır. Daha sonra artıq su aradan qaldırılır və əsas yuma rejimi işə salınır. Paltaryuyanda idman ayaqqabılarınızı belə yumaq olar. Bunun üçün Sport Shoes rejimini seçməyiniz kifayətdir.
Vaxtınız məhduddursa SpeedPerfect rejimini işə salın. Onun köməkliyi ilə yuma vaxtını 65% qədər azalda bilərsiniz. Ən əsası isə vaxtın azaldılması təmizliyin keyfiyyətinə təsir edilməyəcək. Beləliklə, 4 kq geyimləri cəmi 45 dəqiqəyə yumaq mümkündür. Reload funksiyası ilə yuma prosesini dayandırıb yaddan çıxan geyiminizi barabana əlavə edə bilərsiniz.