OnePlus Nord N10 5G büdcəli, lakin keyfiyyətli smartfon kateqoriyasına aiddir. Cihazın xüsusiyyətləri ilə daha yaxından tanış olaq. Smartfonun arxa paneli hamar plastikdəndir. Üzərində kameralar bloku, barmaq izi skaneri və OnePlus loqotip mövcuddur. Ön panel Corning Gorilla Glass 3 ilə qorunan şüşədən hazırlanıb. Panelin üst sol hissəsində kamera üçün O-şəkilli kəsik var. Telefon yalnız Midnight Ice rəngində istehsal edilir.
Korpusun yan sağ tərəfində səs düyməsi və NanoSIM ilə microSD kart üçün giriş var. MicroSD kart yerinə ikinci NanoSIM yerləşdirib, beləliklə siz iki sim kartdan istifadə edə bilərsiniz. Yan sol tərəfdə isə güc düyməsi yerləşdirilib. Üst hissədə dinamik və mikrofon, alt hissədə ikinci dinamik və mikrofon, USB-C və 3.5 mm qulaqlıq girişi yerləşdirilib.
Nord N10 5G smartfonu 6.49'' düymlü IPS LCD ekrana sahibdir. Ekran həlli 1080 x 2400. Displey rəngləri dəqiq və parlaq ötürür. 90 Hz tezlik sayəsində istənilən video möhtəşəm təsvir edilir. Cihaz Qualcomm SM6350 Snapdragon 690 5G prosessoru üzərində işləyir. 6 GB operativ yaddaş ilə bir yerdə prosessor smartfonun tez işləməsini təmin edir. Batareya tutumu 4300 mAh-dır. Dostlarınızla ünsiyyətdə olun, musiqi dinləyin, şəkil və videolar paylaşın, oyun oynayın – bütün gündəlik işlərinizi görmək üçün telefonun enerjisi sizə kifayət edəcək. Üstəlik cihaz sürətli enerji yığmanı dəstəkləyir. 30 Vt adapter ilə enerjini qısa zamanda bərpa etmək olar. Dinamik həyat tərzi sevənlər üçün bu əla təklifdir.
Smartfonun kamera blokuna 64 meqapikselli OmniVision kamera, 8 meqapikselli ultra geniş bucaqlı kamera, 2 meqapikselli makro kamera və 2 meqapikselli dərinlik sensoru daxildir. Ön paneldə 16 meqapikselli selfi kamera yerləşdirilib. İstədiyiniz vaxt və istədiyiniz yerdə yüksək keyfiyyətli şəkillər çəkə biləcəksiniz.
OnePlus Nord N10 5G smartfonunu Kontakt Home mağazalarında nağd və ya hissəli əldə edə bilərsiniz. Üstəlik bu modelə 1 il zəmanət təqdim edilir.