Müasir zamanda bir çox iş prosesləri və hətta təhsil notbuk vasitəsilə daha effektiv həll edilir. Bu səbəbdən sürətli və məhsuldar bir notbukun əldə edilməsi vacibdir. Lenovo V15 ADA (82C700E3RU) modeli büdcəli və keyfiyyətli parametrlərə sahibdir. Dəbli boz rəngi və lakonik dizaynı sayəsində texnikada minimalizm üslubunu sevənlər bu cihazı çox bəyənəcək. 1.85 kq çəkisi sayəsində notbuku rahat özünüzlə apara bilərsiniz. Artıq harda olmağınızdan asılı olmayaraq bütün vacib işlərinizi yerinə yetirə biləcəksiniz.
Korpusun sağ tərəfində qulaqlıq və SD kart üçün girişlər var. Sol tərəfdə isə adapter, HDMI, USB 2.0 və USB-A 3.0 x3 girişləri yerləşdirilib. 15.6" düymlü mat displey rəngləri dəqiq və parlaq ötürür. Nəticədə görüntü ideal təsvir edilir və sevdiyiniz filmləri, istənilən videoları Full HD keyfiyyəti ilə izləyə bilərsiniz. Sözügedən modeldə AMD Radeon Graphics videokart quraşdırılıb. Onun vasitəsilə qrafikanın daha sürətli emalı və ötürülməsi təmin edilir.
Lenovo V15 ADA notbuku Athlon 3150U prosessor üzərində işləyir. 2.4 GHz takt tezliyi və 8 GB operativ yaddaş sayəsində hətta intensiv istifadə zamanı cihaz çox məhsuldardır. 256 GB SSD ilə vacib məlumat hər zaman əlinizin altında olacaq. Kontakt Home mağazalarında bu modeli 2 illik zəmanətlə əldə edə bilərsiniz. Vaxtınız məhduddursa Kontakt.az onlayn mağazamız vasitəsilə bəyəndiyiniz məhsulu evinizə çatdırılma ilə sifariş verin. Əməkdaşlarımız məhsulu ən qısa zamanda çatdıracaqlar.