İşinizin effektivliyini və ya təhsilinizin keyfiyyətini artırmaq istəyirsiniz? O zaman sizə sürətli və bir neçə saatlıq avtonom işi təmin edə bilən müasir notbuk lazımdır. HP Pavilion 15-eg0089ur modelini sizə məsləhət edə bilərik, çünki bu cihaz keyfiyyəti və funksionallığı ilə seçilir. Cihaz premium kateqoriyalı notbuklara aiddir. Korpusda lazım ola bilən bütün girişlər mövcuddur. Sol tərəfdə HDMI, USB, USB Type-C, SD kart və qulaqlıq girişləri, sağ tərəfdə isə Kensington kilidi, USB və adapter üçün girişlər yerləşdirilib. Beləliklə, istənilən avadanlığı notbuka asanlıqla birləşdirə bilərsiniz.
Güclü Intel Core i5 prosessor notbukun məhsuldarlığını təmin edir. Eyni anda bir neçə tətbiqlərdən istifadə edə, mail göndərə, mətn və cədvəllərlə işləyə bilərsiniz. 8 GB operativ yaddaş isə cihazın sürətini daha da artırır. HP Pavilion 15 iri mat ekrana sahibdir. Ekran görüntünü canlı və təbii ötürür. NVIDIA GeForce MX350 videokart sayəsində isə ən tünd səhnələrdə belə hər bir kadr detallığı ilə seçilir. Notbuku onlayn filmlər izləmək və sevdiyiniz oyunları oynamaq üçün rahat istifadə edə bilərsiniz.
1.75 kq çəkisi sayəsində notbuku istədiyiniz yerə özünüzlə aparın. Sizə rahat olan mühitdə işləyin, universitetdə təqdimatlarınızı hazırlayın, cihazı onlayn dərsləriniz üçün istifadə edin – HP Pavilion 15 ilə imkanlarınız sərhədsizdir. Notbuk 512 GB SSD ilə təchiz edilib. Böyük yaddaş ən vacib məlumatlarınızın bir yerdə saxlanılmasını təmin edir. Beləliklə HP Pavilion 15 qiymət və keyfiyyət baxımından sizin üçün əlverişli seçim olacaq.