OMEN 17-cb1028ur (22T80EA) modeli HP brendinin oyun üçün nəzərdə tutulmuş notbukdur. 10-cu nəslin Intel Core prosessoru, NVIDIA videokartı, 16 GB operativ yaddaş, 512 SSD, Full HD displey sayəsində cihaz yüksək məhsuldarlığa sahibdir. Yadda qalan qeyri-adı dizaynı ilə notbuk digər modellərdən fərqlənir.
Cihaz 17.3 düymlü mat ekrana sahibdir. 1920 x 1080 ekran həlli, 144 Hz tezlik və 2.5 – 4.5 GHz takt tezliyi sayəsində vizual effektin dinamikliyi əldə edilir. Ekran rəngləri möhtəşəm ötürür və oyun üçün idealdır. Kəskin və detallı görüntü sayəsində virtual reallığa tam dalma effekti əldə edilir.
Klaviatura istifadədə çox rahatdır. Mətn yazmaq və ya oyun oynamaq olur. Klaviaturada xüsusi OMEN Command Center düyməsi yerləşdirilib. Onun sayəsində notbukun parametrlərini tələblərinizə uyğun dəyişdirə bilərsiniz. RGB vasitəsilə klaviatura 4 işıqlandırma hissələrinə bölünür. Hər bir hissənin ayrı rəngdə işıqlanmasını təyin etmək mümkündür. Nəticədə oyunun idarə edilməsi daha da asanlaşdırılıb.
Yenilənmiş soyutma sistemi iki kulerdən ibarətdir. 512 GB-lı SSD klaviaturanın aşağı hissəsində yerləşdirilib. Beləliklə notbuk isinməsinin qarşısı alınır. Cihazda Thunderbolt 3, USB C 3.2 gen2, 3.2 gen1 3X, Mini DisplayPort, HDMI 2.0a, RJ-45, mikrofon/qulaqlıq, mikrofon və adapter üçün girişlər mövcuddur.
OMEN 17-cb1028ur (22T80EA) modelinə 1 illik zəmanət təqdim edilir. Peşəkar məsləhətçilərimiz cihazın bütün imkanlarını sizə nümayış edəcək. Ən yaxın Kontakt Home mağazasına gəlməyiniz kifayətdir.