Oyun oynamağı xoşlayırsınız? O zaman, sizə gözəl bir təklifimiz var. HP Omen 15-ek0020ur (232G1EA) oyun notbuku ilə virtual dünyalara səyahət daha da asanlaşdı. Cihaz məhsuldarlığı, unikal dizaynı və rahat istifadəsi ilə sizi sevindirəcək! Notbukun korpusu qara rəngdədir və keyfiyyətli metaldan hazırlanıb. Ölçüləri 357.9 x 239.7 x 22.5 mm, çəkisi isə 2.46 kq-dır. Korpusun sol tərəfində adapter, LAN (RJ-45), USB 3.1 gen1, HDMI, qulaqlıq və SD kart üçün girişlər mövcuddur. Sağ tərəfdə Thunderbolt, mini Display Port, USB 3.1 gen1 x2 var.
HP Omen 15.6" düymlü IPS ekrana sahibdir. 1920 x 1080 ekran həlli və 144 Hz tezlik Full HD keyfiyyətində görüntünün ötürülməsini təmin edir. Ekranın əks parıltı örtüyü sayəsində günün istənilən vaxtı cihazdan rahat istifadə edəcəksiniz. NVIDIA GeForce RTX 2060 videokart görüntünü daha da mükəmməl edir. Onun vasitəsilə istənilən oyunun qrafikasından həzz alacaqsınız: vizual effektlərin detallığı möhtəşəmdir. Videokartın həcmi 6 GB-dır. Notbuk FreeDOS əməliyyat sistemi üzərində işləyir.
Hər bir geymer bilir ki, əsl qələbə notbukun sürətindən asılıdır. 6 nüvəli Intel Core i7 10750H prosessor 2.6 GHz-5.0 GHz takt tezliyi sayəsində inanılmaz sürət təqdim edir. Güclü prosessor ilə oyunu asan və dəqiq idarə edəcəksiniz. 16 GB operativ yaddaş və 1 TB SSD ilə imkanlarınız sərhədsizdir! HP Omen 15-ek0020ur (232G1EA) oyun notbukunu 1 illik zəmanətlə Kontakt Home mağazalarından əldə etməyə tələsin! Yeni qələbələr sizi gözləyir!