HP 255G8 (27K51EA) yüksək məhsuldarlığa və sürətə sahibdir. Notbuk daha çox biznes və təhsil üçün nəzərdə tutulub. Cihazın korpusu relyefli plastikdən hazırlanıb və neytral boz rəngdədir. Minimalizm üslubunu sevənlər bu həlli bəyənəcəklər. Korpusun sol tərəfində LAN (RJ-45), HDMI, USB Type-C və qulaqlıq üçün girişlər yerləşdirilib. Sağ tərəfində isə SD card, USB 3.2 Gen 1 x2 və adapter üçün girişlər var. Monitorun üst hissəsində kamera və 2 ədəd mikrofon mövcuddur. Beləliklə, videozəng zamanı görüntü keyfiyyətlidir, səs isə təmiz və aydın ötürülür.
Notbuk 15.6" düymlü mat ekrana sahibdir. Tezlik 60 Hz, ekran həlli isə 1920 x 1080-dir. Geniş rəng çalarları sayəsində görüntü mükəmməl təsvir edilir. Beləliklə, cihaz video və filmləri izləmək üçün istifadə edilə bilər. AMD Radeon videokart qrafikanın sürətli emal edilməsinə və ötürülməsinə cavabdehdir. Nəticədə daha keyfiyyətli baxış təmin edilir. HP 255G8 modeli Ryzen 3 3250U prosessor üzərində işləyir. Əməliyyat sistemi FreeDOS-dur. Müasir prosessor və 8 GB operativ yaddaş iş tapşırıqlarınızın effektiv yerinə yetirilməsi üçün imkan yaradır. Bütün vacib məlumatların saxlanılması üçün cihaz 256 GB SSD ilə təchiz edilib. Cəmi 1.74 kq çəki və yığcamlığı sayəsində notbuku istədiyiniz yerə özünüzlə apara bilərsiniz.
HP 255G8 (27K51EA) notbuku 1 illik zəmanətlə əldə etmək üçün Kontakt.az onlayn mağazamıza daxil olmağınız kifayətdir. Sifariş prosesi çox sadədir. “Nağd al” və ya “Hissə-hissə al” düyməsinə basıb sifarişi qeyd edin. Ən qısa zamanda əməkdaşlarımız məhsulunuzu qapınıza kimi çatdıracaqlar!