HP 250G8 (2R9H2EA) münasib qiymətə inanılmaz məhsuldarlıq təklif edir. HP şirkətinin istehsal etdiyi notbuklar keyfiyyəti ilə dünyada tanınır. İş və təhsil üçün bu notbuk inanılmaz dərəcədə funksionaldır. Relyefli korpus qara rəngdədir və keyfiyyətli plastikdən hazırlanıb. Model ən populyar girişlər ilə təchiz edilib. Sağ tərəfdə SD card, USB 3.0 Type A x2 və adapter üçün girişlər mövcuddur. Sol tərəfdə LAN, HDMI, USB 3.0 Type-C və qulaqlıq üçün girişlər var.
15.6" düymlü mat ekran HD keyfiyyətini təqdim edir. 1366 x 768 ekran həlli və 60 Hz tezlik görüntünü hamar və detallı ötürür. Rənglərin parlaqlığı sayəsində hər bir kadr daha canlı təsvir edilir. Notbuk UMA videokart ilə təchiz edilib. Nəticədə qrafika daha da təkmilləşdirilib. HP 250G8 Intel Core i3 1005G1 prosessor üzərində işləyir. Güclü prosessor, 4 GB operativ yaddaş cihazın məhsuldarlığını təmin edir. Beləliklə gün ərzində daha çox iş yerinə yetirə biləcəksiniz. 256 GB SSD vacib məlumatların saxlanılmasını mümkün edir.
Notbuk FreeDOS əməliyyat sistemi üzərində işləyir. Cihazın möhtəşəm xüsusiyyətləri cəmi 1.74 kq çəkidə birləşir. Beləliklə notbuku istədiyiniz yerə özünüzlə aparın və sizə rahat olan yerdə işləyin. Kontakt Home mağazalarında HP 250G8 (2R9H2EA) modelini 1 illik zəmanətlə əldə edə bilərsiniz. Sizə yaxın olan filialımıza gəlib məhsulun bütün funksiyaları ilə yaxından tanış olun.