Universal notbuk əldə etmək istəyirsiniz? Asus Zenbook UX325JA-EG219 (90NB0QY1-M05780) modelinə nəzər yetirin. Cihaz premium kateqoriyalı notbuklara aiddir. Nazik korpus, yüngül çəki və yüksək məhsuldarlıq bu modeldə birləşir. Cəmi 1 kq çəkisi notbuku özünüzlə işə, universitetə, iş görüşlərinə apara bilməyiniz üçün imkan yaradır. Korpusun quruluşunda innovativ həlldən istifadə edilib. Unikal ErgoLift şarniri sayəsində qapağı açanda notbukun arxası 3° qalxır. Nəticədə səsin keyfiyyəti artırılır, soyutma sistemi daha effektiv işləyir və korpus isinmir, mətnləri yığma prosesi daha rahat və sürətli olur.
Mətnlərlə tez-tez işləyirsinizsə rahat klaviaturanı bəyənəcəksiniz. İri trackpad sayəsində mouse olmadan da bütün işlərinizi asanlıqla yerinə yetirmək olar. Trackpadın üst sağ hissəsinə toxunanda onun üzərində sensorlu NumPad əks edilir. Rəqəmlərlə işləyən istifadəçilər üçün bu model çoxlu faydalı funksiyalara sahibdir. İşıqlandırma sayəsində gecələri asanlıqla işləyə bilərsiniz. Notbukda bütün müasir girişlər mövcuddur. Korpusun sol tərəfində HDMI, USB Type-C x2, sağ tərəfində isə USB və SD kart üçün girişlər yerləşdirilib.
13.3" düymlü ekran görüntünü parlaq və detallı təsvir edir. Onboard video kart qrafikanın emalını və ekrana sürətli ötürülməsini təmin edir. Zenbook Intel Core i3 prosessor üzərində işləyir. Sirr deyil ki, Intel inanılmaz məhsuldarlığın göstəricisidir. Bu səbəbdən notbukun sürətli və stabil işləməsi təmin edilir. 256 GB SSD lazım ola bilən bütün faylların, şəkil və videoların, sevdiyiniz mahnıların bir yerdə saxlanılmasını təmin edir. Bundan başqa notbuk yüksək avtonomluq təqdim edir. İstehsalçının iddiasına əsaslanaraq batareyanın tutumu 22 saat iş üçün kifayət edir.