Notbuk əldə etməyi düşünürsünüz? Premium notbuklar kateqoriyasına aid olan Acer Swift 1 SF114-34 (NX.A78ER.002) modelinə nəzər yetirin. Cihazın korpusu keyfiyyətli plastikdən hazırlanıb. Qapağı isə alüminiumdandır. Yan hissələrdə lazım olan bütün girişlər mövcuddur. Sağ tərəfdə audio, USB 3.2, Kensington kilidi, sol tərəfdə adapter, HDMI, USB 3.2, USB Type-C girişləri yerləşir.
İri ekran Full HD görüntü keyfiyyətini təqdim edir. Xüsusi əks parıltı örtük sayəsində kontent günün istənilən vaxtı rahat oxunur. Displeyin üzərində kamera yerləşdirilib. Video zəng zamanı görüntü aydın və dəqiq təsvir edilir.
Tutumlu batareya sayəsində notbuk uzun müddət avtonom işləyə bilir. Displeyin aydınlığını 80% təyin edib 10 saat ərzində internet vasitəsilə Full HD keyfiyyətində video izləyə bilərsiniz. Gün ərzində yalnız mətnlərlə işləsəniz cihazın avtonom işləmə müddəti 10 saatdan daha da çox ola bilər.
Cihaz daha çox mətnlərələ işləyənlər, tələbələr və şagirdlər üçün nəzərdə tutulub. Bu səbəbdən klaviaturanın rahat olmasına xüsusi diqqət yetirilib. Mətnləri sürətli yığa biləcəksiniz. İşıqlandırma sayəsində gecə vaxtı asanlıqla işləmək olar. Klaviaturanın altında barmaq izi skaneri yerləşir. Beləliklə notbukda olan bütün məlumatların təhlükəsizliyi təmin edilir. Cəmi 1.3 kq çəkisi sayəsində onu istədiyiniz yerə özünüzlə apara bilərsiniz.
Celeron N4500 prosessor notbukun sürətli işini və məhsuldarlığını təmin edir. 128 GB SSD sənədlərinizin, təqdimatların, vacib faylların, elektron dərsliklərin saxlanılmasını mümkün edir.