Midea MSAF-24HRN1 split sistemi evinizdə rahat iqlim şəraitinin yaradılmasında sizin əvəzolunmaz köməkçiniz olacaq. Lakonik dizayn və neytral ağ rəngi sayəsində cihaz istənilən interyerə ideal uyğunlaşacaq.
Split sistem iki blokdan ibarətdir. Daxili blokun ölçüləri 104 x 22 x 32.7 sm. Xarici blokun ölçüləri 84 x 36.3 x 70.2 sm-dir. 24000 BTU gücü sayəsində kondisioner 75-80 m² sahəli otaqları tez bir zamanda soyuda bilir. Böyük təsir sahəsi və asan quraşdırılma sayəsində cihaz ofis sahələrində də istifadə edilə bilər.
İqlim sistemi isitmə və soyutma rejimində işləyir. R410A soyuducu maye effektiv soyutmanı təmin edir və sağlamlıq üçün tamamilə təhlükəsizdir. Midea MSAF-24HRN1 işləyərkən işləriniz ilə rahat məşğul ola və ya dincələ bilərsiniz. Artıq səs-küy sizə mane olmayacaq, çünki kondisionerin səs səviyyəsi 32/59.5 dB-dir.
Midea MSAF-24HRN1 elektrik enerjisinə çox qənaət edir. Kondisioneri B enerjiistifadə sinfinə aiddir.
Midea kondisionerləri Kontakt Home mağazalarında mövcuddur. Peşəkar mütəxəssislərimiz iqlim sisteminin bütün imkanlarını ilə sizi tanış etməkdən məmnun olacaq. Əlavə olaraq Kontakt.az onlayn mağazamız vasitəsilə cəmi 1 klikə Midea MSAF-24HRN1 modelini evinizə sifariş verə bilərsiniz.