2020-ci ildə Aplle şirkəti ikinci nəsil iPhone SE smartfon modelini istifadəçilərinə təqdim edib. Smartfon iPhone 8-in xarici görünüşünə və müasir parametrlərə sahibdir. Ön və arxa korpus şüşədəndir. Korpusun yan hissəsəsi alüminiumdan hazırlanıb.
iPhone SE 4.7 düymlü IPS LSD ekrana sahibdir. Ekran həlli 750 x 1334. Ekran rəngləri möhtəşəm ötürür. Cihazdan gün işığında, tutqun havada və ya gecə zamanı rahat istifadə edə bilərsiniz. Gecə vaxtı üçün Night Shift rejimi mövcuddur. True Tone rejimi displeyə ötürülən rənglərin balansını avtomatik olaraq ətrafdakı mühitə uyğunlaşdırır. Ekran oleofob örtük sayəsində barmaq izi və ləkələrdən qorunur.
Cihaz Apple A13 Bionic prosessoru üzərində işləyir. Müasir güclü prosessor və 3 GB operativ yaddaş smartfonun sürətli işləməsini təmin edir. 64 GB daxili yaddaş sayəsində şəkil, video və mobil tətbiqlərin yüklənilməsi üçün kifayət qədər yeriniz var.
Batareya tutumu 1821 mAh-dır, lakin smartfon sürətli enerji yığmanı dəstəkləyir. 18 Vt adapter sayəsində tez bir zamanda telefonun enerjisini 100% qədər bərpa edə bilərsiniz.
12 meqapikselli əsas kamera aydın və detallı şəkillər və 4K rejimində videolar yarada bilir. Ön kamera 7 meqapiksellidir. Onun vasitəsilə yüksək keyfiyyətli selfilər əldə edəcəksiniz.
iPhone SE 2020 Kontakt.az onlayn mağazamızdan cəmi 1 klikə əldə edə bilərsiniz. Üstəlik bütün Apple məhsullarına zəmanət təqdim edilir. Smartfonun bütün imkanları ilə tanış olmaq üçün sizə yaxın Kontakt Home mağazasına yaxınlaşa bilərsiniz.