iPhone 13 Pro Max almaq istəyirsiniz? Saytımıza keçid edin. 512 GB yaddaşa və güclü kamera sisteminə sahib smartfon Graphite rəngində təqdim edilib. Batareyanın həcmi 4373 mAh-dır.
Ən güclü iPhone modelininə sahib olmaq istəyirsinizsə iPhone 13 Pro Max-a nəzər yetirin. Smartfon mükəmməl görünüşə sahibdir. Apple A15 Bionic çipi sayəsində cihazın imkanları daha da genişləndirilib.
Görünüş
Klassik üslubu və sadəliyi sevənlər öz seçimini Graphite rəngində dayandırır. Cihazın hər iki paneli şüşə ilə örtülüb. Panelləri paslanmaz poladdan hazırlanan çərçivə birləşdirir. Ön hissədə yerləşən Super Retina XDR rəngləri daha parlaq ötürür. Günəş işığı altında belə istənilən videonu rahat izləyə biləcəksiniz. Ceramic Shield örtüyü sayəsində displeyin möhkəmliyi artırılıb. IP68 qorunma dərəcəsi korpusu suya davamlı edib. Arxa paneldə böyüdülmüş kameralar, Lidar skaneri ilə fləş yerləşdirilib. Selfiləriniz üçün nəzərdə tutulan TrueDepth kamera ekranı sürətli blokdan çıxarır.
Məhsuldarlıq və Avtonomluq
Apple brendi yeni Pro Max modelini sürətli A15 Bionic çipi ilə təchiz edib. A15 mərkəzi və qrafik prosessorlarının məhsuldarlığını artırıb. Qrafikanın daha sürətli emal edilməsi və 120 Hz ekran tezliyi sayəsində özünüzü oyunun mərkəzində hiss edin. Həssas sensor toxunuşlara dəqiq cavab verir, oyunu rahat idarə edəcəksiniz.
Yüksək məhsuldarlıq maksimum sürət tələb edir. Bu səbəbdən Apple öz smartfonunu 4352 mAh tutumlu batareya ilə təchiz edib. Artıq günün sonunda iPhone enerjisiz qalmayacaq. Bununla yanaşı parlaq ekran daha az enerji sərf edir. Bu ProMotion texnologiyası sayəsində mümkün olub. Oyun oynayanda və ya film izləyəndə 120 Hz ekran tezliyi sizə yüksək baxış keyfiyyəti bəxş edəcək. Daha sonra xəbərləri oxumağa, dostlarınızla yazışmağa başlayan kimi tezlik 10 Hz enir.
Kameralar Bloku
13-cü Pro Max modelinin kameraları ilə gözəl xatirələr yaradacaqsınız. 77 mm telefoto kamera görüntünü 6 dəfə böyüdə bilir. Keyfiyyətli portret, makro şəkillər üçün bu kameradan istifadə edin. Əlavə olaraq telefoto modulu makro rejimində videolar yarada bilir. Optik stabilləşmə və hərəkət edən matris sayəsində hərəkət zamanı sabit kadrlar yaradacaqsınız. Smartfonun bütün kameraları "Gecə" rejimini dəstəkləyir. iPhone vasitəsilə aydın və detallı şəkillər yarada bilməyiniz üçün zəif işıq kifayət edəcək.
iPhone modeli ilə film çəkə biləcəyinizi bilirdiniz? Yeni "Kinoeffekt" rejimi ilə yaxınlarınızın vacib günlərində peşəkar videolar yaradacaqsınız. Bu rejimdə arxa fonu bulanıq edib diqqəti obyektə yönəldəcəksiniz.