iPhone 13 Pro Max göz oxşayan Gold rəngdə təqdim edilib. Smartfon 6.7 düymlü Super Retina XDR ekrana, Apple A15 Bionic çipinə sahibdir. Ekran Ceramic Shield ilə qorunur. Yaddaş 512 GB-dır.
Ən güclü, ən sürətli və ən peşəkar kameralara sahib olan iPhone-a sahib olmaq istəyirsiniz? Yeni çıxan iPhone 13 Pro Max smartfonunu qarşılayın! Təqdim edilən model ağlasığmaz imkanlara sahibdir.
Görünüş və Ekran
Eleqant dizayna sahib Pro Max Gold rəngində təqdim edilib və hər iki tərəfdən cızıqlara davamlı şüşə ilə ötrülüb. Yan çərçivənin materialı paslanmayan poladdır. Ön panelin görünüşü yenilənib. Üst hissədə yerləşən TrueDepth kamerası 20% daha yığcam olub. Arxa paneldə kamera sistemi mövcuddur. Hər bir kamera möhkəm sapfir şüşə ilə örtülüb. Böyük ekranı zərbələrdən Ceramic Shield qoruyur. iPhone 13 Pro Max-ın korpusu smartfonlar arasında ən yüksək qorunma dərəcəsinə sahibdir. Gəzinti zamanı qəfildən leysana düşsəniz belə telefondan təhlükəsiz istifadə edə bilərsiniz.
Yeni Super Retina XDR displeyin parlaqlığı artırılıb. Günəş işığı altında ekranın parlaqlığı 1000 nit təşkil edir. Bu o deməkdir ki, dəniz qırağında günəş vannaları qəbul etdiyiniz zaman sevdiyiniz serialın yeni bölümünü asanlıqla izləyə biləcəksiniz. Xırda detallar belə nəzərinizdən qaçmayacaq. Bundan başqa ekran ProMotion texnologiyasını dəstəkləyir. İzlədiyiniz kontentə əsasən ekran tezliyi avtomatik olaraq 10-120 Hz arası dəyişir.
Yeni Çip və Avtonomluq
Apple 13 Pro Max smartfonuna ən yeni A15 Bionic çipini quraşdırıb. A15 maşın öyrənməsi texnologiyasına cavabdeh olan Neural Engine çipini və mərkəzi prosessoru daha sürətli edib. Güclü 5 nüvəli qrafik prosessor 50% daha effektiv olub. Nəticədə, iPhone 13 Pro Max digər smartfonlarla müqayisədə qrafikanı daha sürətli emal edir. Cihazın əməliyyat sistemi də təkmilləşdirilib. Xəbər lentini sürətli sürüşdürəndə və ya tətbiqlər arasında keçid edəndə iOS 15 ekran tezliyini barmaq toxunuşlarının sürətinə əsasən tənzimləyir. Nəticədə, hamar keçidlər təmin edilir və ekran toxunuşlara daha çevik cavab verir.
Smartfonun bütün funksiyalarından rahat istifadə edə bilməyiniz üçün batareyanın həcmi 4352 mAh qədər artırılıb. Beləliklə, iPhone 13 Pro Max öncəki iPnone 12 Pro Max modelindən 2.5 saat daha çox işləyir.
Kamera Sistemi
Pro Max modelinin ən əsaslı yeniliklərindən biri kamera sisteminə aid olub. Arxa paneldə yerləşdirilən bloka 3X optik zoom-a sahib 77 mm telefoto, avtofokuslu ultra geniş bucaqlı və geniş bucaqlı kameralar daxildir. İstənilən vəziyyətdə mükəmməl şəkillər yaradacaqsınız. Ultra geniş bucaqlı kamera zəif işıq şəraitində daha detallı və aydın şəkillər çəkə bilir. Telefoto kameranı portret şəkilləri üçün istifadə edin. 3X optik zoom sayəsində iPhone 13 Pro Max modelinə çəkilən şəkilləri 6 dəfə yekəldib xırda detalları belə görmək mümkündür. Beləliklə, telefoto kameranın köməkliyi ilə makro rejimində çəkiliş edə biləcəksiniz. Bütün kameralar "Gecə", "Smart HDR 4" rejimlərinin işini dəstəkləyir. Qrup şəkillərinizdə, istifadə etdiyiniz kameradan asılı olmayaraq, bütün dostlarınız ideal alınacaq.
A15 çipi video çəkilişin keyfiyyətini artırıb. Smartfon Dolby Vision HDR keyfiyyətində videolar yarada bilir. Artıq iPhone vasitəsilə film yarada bilərsiniz. Güclü çip və "Kinoeffekt" rejimi sayəsində iPhone 13 Pro Max modelini peşəkar kameranın imkanlarına sahibdir. Bu rejimdə çəkiliş zamanı və ya çəkilişdən sonra arxa fona bulanıq effekti tətbiq edə biləcəksiniz.