iPhone 13 Pro Silver yenilənmiş kamera sisteminə sahibdir. iPhone Apple A15 Bionic çipi və iOS 15 əməliyyat sistemi üzərində işləyir. Təqdim edilən yaddaş 512 GB-dır.
iPhone 13 Pro özündə yüksək məhsuldarlıq, tükənməyən batareya, yenilənmiş kameraları birləşdirir. Smartfonun köməkliyi ilə iş tapşırıqlarını sürətli yerinə yetirə, videolar çəkib onları redaktə edə, HD keyfiyyətində film izləyə bilərsiniz.
Görünüş və Ekran
Möhkəm şüşədən hazırlanan arxa panel, parlaq polad çərçivə və ideal Silver rəngi – görünüşü ilə yeni iPhone 13 Pro hər kəsi heyran edir. 6.1 düymlü Super Retina XDR ekran Ceramic Shield materialı ilə örtülüb. Nəticədə, displey hətta güclü zərbələrə davamlıdır. Korpus smartfonlar arasında ən yüksək qorunma dərəcəsinə sahibdir. Cihaz su altında 30 dəqiqə ərzində qala bilir.
Böyük OLED displey inanılmaz detallıq və baxış keyfiyyəti təqdim edir. Displeyin parlaqlığı 1000 nit təşkil edir. İstənilən yerdə, istənilən işıqlandırmada görüntü aydın və dəqiq təsvir edilir. Xırda detallar belə nəzərinizdən qaçmayacaq.
Yeni Çip və Avtonomluq
iPhone 13 Pro Apple brendinin ən yeni çipi ilə təchiz edilib. A15 Bionic ilə yeni iPhone ağlasığmaz imkanlara sahibdir. Çip mərkəzi və qrafik prosessorlarını daha sürətli edib. Artıq çətinliyindən asılı olmayaraq istənilən tapşırığı saniyələr ərzində yerinə yetirəcəksiniz. iOS 15 iPhone 13 Pro-ya SharePlay funksiyasını və yeni Memojilər əlavə edilib. Mesajlarınızda öz individual emoji-lərinizdən istifadə edin.
Yeni çipin imkanlarından aktiv istifadə edə bilməyiniz üçün batareyanın həcmi artırılıb. Smartfonu gün ərzində 1 dəfə şarj etmək kifayətdir, onun enerjisi günün sonunadək kifayət edəcək. Bundan başqa, yeni iPhone 13 Pro modellərində ProMotion texnologiyası istifadə edilib. Bu texnologiya ekran tezliyini istifadədən asılı olaraq 10-120 Hz arası dəyişir. HD keyfiyyətində film izlədiyiniz zaman ekran tezliyi 120 Hz təşkil edəcək. Detallı görüntüdən həzz alacaqsınız. Daha sonra adi istifadə rejiminə qayıdan kimi tezlik 10 Hz qədər azalır. Nəticədə, smartfon daha az enerji sərf edir.
Kamera Sistemi
Heyranedici şəkillər yaratmaq istəyirsinizsə iPhone 13 Pro kameraları işinizi asanlaşdıracaq. Böyüdülmüş kamera modulları ilə parlaqlığı, kontrastı tənzimləmək lazım deyil. Kameralar bütün işi sizin yerinizə görəcək. Arxa paneldə yerləşən kamera blokuna 3X optik zoom-a sahib 77 mm telefoto, avtofokuslu ultra geniş bucaqlı və geniş bucaqlı kameralar daxildir.
Ultra geniş bucaqlı kamera zəif işıq şəraitində aydın kadrlar çəkə bilir. Xırda detallar belə bu kameranın nəzərindən qaçmır. Telefoto kamera keyfiyyətli portret şəkillər yaradır. 3X optik zoom ilə kadrı 6 dəfə böyütmək mümkündür. Nəticədə, makro rejimində foto və videolar yarada biləcəksiniz. Bütün kameralar "Gecə", "Smart HDR 4" rejimlərinin işini dəstəkləyir.
A15 Bionic ilə video çəkiliş prosesinə "Kinoeffekt" rejimi əlavə edilib. Onun vasitəsilə filmlərin yaradılmasında istifadə edilən fokusun bir obyektdən ikincisinə yönləndirilməsi üsulunu videolarınıza tətbiq edəcəksiniz. İdeal nəticə üçün arxa fona bulanıq effekti əlavə etmək mümkündür.