iPhone 13 Pro Kontakt Home saytında yeni Sierra Blue rəngində təqdim edilib. 265 GB yaddaşa sahib smartfon Apple A15 Bionic çipi üzərində işləyir. Əməliyyat sistemi iOS 15-dir.
iPhone 13 Pro modelinin imkanları sizi heyran edəcək. Smartfonda yüksək məhsuldarlıq, sürət, həcmli batareya və peşəkar kameralar birləşir. Funksionallığı sayəsində yeni iPhone qısa müddət ərzində istifadəçilərinin məmnuniyyətini qazana bilib.
Görünüş
Təqdim edilən modelin rəngi göz oxşayır. Yeni Sierra Blue rəngini əldə etmək üçün yeni texnologiyalardan istifadə edilib. Metal-keramika örtüyü arxa panelə nazik laylarla yerləşdirilir. Nəticədə, mükəmməl rəng əldə edilir və panelin möhkəmliyi artırılır. Ön hissədə Ceramic Shield ilə örtülən 6.7 düymlü Super Retina displey yerləşir. Ekranın materialı sayəsində telefon əlinizdən üzü üstə asfalta düşsə belə çat və çızıqlar əmələ gəlməyəcək.
Displeyin üst hissəsində TrueDepth kamerası və dinamik yerləşir. Ön kameranın köməkliyi ilə həm parlaq selfilər yaradacaqsınız, həm də ekranı təhlükəsiz şəkildə blokdan çıxardacaqsınız. Həssas sensor zəif işıq şəraitində belə üz cizgilərini asanlıqla tanıyır.
iPhone 13 Pro modelinin gövdəsi IP68 qorunma dərəcəsinə sahibdir. Smartfonu təsadüfən suya salsanız belə korpusun daxilinə su sızmayacaq. Ekran günün istənilən vaxtı rahat oxunur. Bunun səbəbi ekran parlaqlığının 20% artırılmasıdır.
Yeni Çip və Avtonomluq
iPhone 13 Pro modelində A15 Bionic çipi yerləşdirilib. Yeni çip kameraların imkanlarını artırıb, qrafikanı daha sürətli emal edir, təhlükəsizlik sistemini daha gücləndirib, smartfonun avtonomluğunu artırıb. 6 GB operativ yaddaş sistem proseslərinin sürətli yerinə yetirilməsi üçün imkan yaradır.
Bundan başqa smartfonun əməliyyat sistemi yenilənib. iOS 15 ilə smartfona yeni funksiyalar əlavə edilib. SharePlay ilə dostlarınızla video zəng zamanı ekran görüntünüzü bölüşə, video izləyə, musiqi dinləyə bilərsiniz. Yeni Memojilər-lə individual emojilərinizi yarada biləcəksiniz. Bildirişlər bölməsində sizə mesaj göndərən şəxslərin şəklini görəcəksiniz.
Smartfondan daha çox istifadə edə bilməyiniz üçün batareyanın həcmi artırılıb. Nəticədə iPhone 13 Pro smartfonu iPhone 12 Pro-dan 2.5 saat daha çox işləyə bilir. Gün ərzində cihazı 1 dəfə şarj etməyiniz kifayət edir. Yeni iPhone ProMotion texnologiyasını dəstəkləyir. Video izləyəndə, xəbər lentini sürətli sürüşdürəndə ekran tezliyi 120 Hz qədər artırılır. Smartfonu mesaj göndərmək, zəng etmək, məqalə oxumaq üçün istifadə etdiyiniz zaman isə tezlik 10 Hz qədər azalır və batareyanın enerjisi qorunur.
Kamera Sistemi
Smartfonun yenilənmiş kamera sistemi peşəkar fotoapparatla rəqiblik edə bilər. Arxa paneldə yerləşdirilən 77 mm telefoto kamera 3X optik zoom-la təchiz edilib. Nəticədə, görüntünü 6 dəfə böyüdə bilərsiniz. Bu xüsusiyyət sayəsində iPhone 13 Pro makro rejimində şəkil və video çəkə bilir. Təkmilləşdirilmiş avtofokus sistemi ultra geniş kameranın detallı şəkillər yarada bilməsi üçün imkan yaradıb. Telefonu çəkiliş obyektindən 2 sm aralıqda tutsanız belə dəqiq və aydın kadr yaratmaq mümkündür. Üstəlik bu kamera 92% daha çox işıq tuta bilir.
Keyfiyyətli şəkillər yarada bilməyiniz üçün iPhone 13 Pro modelinə yeni rejimlər əlavə edilib:
- "Kinoeffekt" video çəkiliş zamanı arxa fona bulanıq effekti əlavə edilir və diqqət obyektdə cəmlənir.
- "Smart HDR 4" 4 nəfərdən ibarət şəkillər üçün istifadə edilir. Bu rejimdə parlaqlıq, dərinin tonu, kontrast individual olaraq tənzimlənir.
- "Photographic Style" şablonları ilə şəkilləriniz daha parlaq və eyni zamanda təbii alınır.