iPhone 13 Pro qiyməti və parametrləri ilə tanış olun. iPhone 77 mm telefoto, 12 meqapikselli geniş və ultra geniş kameralara sahibdir. Apple A15 Bionic çipi smartfonun sürətini artırıb.
Yeni iPhone daha parlaq ekrana, böyüdülmüş kameralara sahibdir. Apple A15 Bionic çipi sayəsində smarfton daha funksional və sürətli olub.
Görünüş və Ekran
iPhone 13 Pro Graphite rəngində təqdim edilib. Mat şüşə ilə örtülmüş arxa panelin üzərində müasir kamera bloku yerləşdirilib. Yan çərçivənin materialı paslanmayan poladdır. 6.1 düymlü OLED displey zərbələrə daha davamlı olub. Xırda cızıqlardan belə onu möhkəm Ceramic Shield örtüyü qoruyur. Böyük displeyə baxmayaraq smartfonu bir əllə rahat tutub istifadə edəcəksiniz.
Super Retina displeyin parlaqlığı və ekran tezliyi artırılıb. Günün istənilən vaxtı rahat film izləyə və ya məqalə oxuya biləcəksiniz. 120 Hz qədər artan ekran tezliyi hamar keçidlər təmin edir və görüntünün keyfiyyətini artırır. Korpus suya davamlıdır və IP68 qorunma dərəcəsinə sahibdir.
Məhsuldarlıq və Avtonomluq
Apple A15 Bionic çipi ilə daha böyük imkanlara sahibsiniz. A15 kamera sisteminin keyfiyyətini artırıb. Onun köməkliyi ilə təhlükəsizlik sistemi daha dəqiq işləyir və məlumatlarınız etibarlı şəkildə qorunur. Çip ekranın görüntüsünü dəqiq, detallı ötürməsini və enerjinin səmərəli sərf etməsini təmin edir.
iPhone iOS 15 əməliyyat sistemi üzərində işləyir. İnterfeysə yeni funksiyalar əlavə edilib. SharePlay vasitəsilə dostlarınızla videozəng zamanı ekran görüntüsünü bölüşə, video izləyə, musiqi dinləyə bilərsiniz. Mikrofonun yeni rejimləri sayəsində isə ətrafınız səs-küylü olsa belə həmsöhbətiniz sizi aydın eşidəcək. Yazışma zamanı emosiyalarınızı yeni memojilər vasitəsilə ifadə edin. Onları daha da individuallaşdıra bilərsiniz.
3125 mAh həcmli batareya sayəsində iPhone 13 Pro daha uzun müddət ərzində avtonom işləyə bilər. Smartfonu gündəlik yazışma, zənglər, videoların izlənilməsi və sosial şəbəkələrinizi yoxlamaq üçün istifadə edirsinizsə onun enerjisi növbəti günə qədər kifayət edir. Bu model aktiv istifadə üçün yaradılıb.
Kameralar
Peşəkarcasına emal edilmiş şəkillər əldə etmək üçün onları saatlarla xüsusi tətbiqlərdə redaktə etmək lazım deyil. iPhone 13 Pro kameraları bir barmaq toxunuşu ilə ideal kadr yaradır. Lazım olan rejimi seçib çəkilişə başlayın. Yenilənmiş kamera modulları daha çox işıq və detallar tuta bilir. Optik stabilləşmə və hərəkət edən matris ilə istənilən vəziyyətdə görüntünün sabitliyini təmin edilir.
77 mm telefoto kamera ilə həm adi rejimdə, həm də makro rejimində şəkillər əldə edəcəksiniz. Ultra geniş bucaqlı kamera çəkiliş obyektindən 2 sm aralıqda belə detallı kadrlar yarada bilir. Daha çox detallar üçün Deep Fusion texnologiyası mövcuddur. Nəticədə, müxtəlif səthlərin, parçanın teksturası asanlıqla əks etdirilir.
Dostlarınızla selfi çəkməyi sevirsiniz? Sizə gözəl xəbərimiz var. Artıq "Smart HDR 4" rejimi ön paneldə yerləşən TrueDepth kamerası ilə dəstəklənir. Nəticədə, kadra düşən hər bir nəfər üçün parlaqlığı, dəri tonunu və kontrastı individual tənzimləmək olar.