iPhone 13 Pro smartfonu 1 TB daxili yaddaşa malikdir. 12 meqapikselli kamera sistemi və 3125 mAh qədər artırılmış batareyası var. Smartfon Apple A15 Bionic çipi üzərində işləyir.
İllər boyu istifadə edəcəyiniz smartfon axtarırsınızsa Apple brendinə üz tutun. Yeni 13 Pro şirkətin bu günə qədər istehsal etdiyi ən güclü iPhone modelidir. Smartfon suya davamlı olan korpusa, sürətli A15 Bionic çipinə və peşəkar keyfiyyətli kamera sisteminə malikdir.
Dizayn və Displey
Yeni iPhone 13 Pro Gold rəngində təqdim edilib. Korpus möhkəm şüşədən və paslanmayan poladdan hazırlanıb. Keyfiyyətli materiallar sayəsində smartfondan istifadə etməkdən zövq alacaqsınız. Telefon əldə rahat yerləşir. Sensor toxunuşlara həssasdır. Cihazı asanlıqla idarə edəcəksiniz. Görüntünün parlaq ötürülməsini təmin edən Super Retina XDR ekran innovativ Ceramic Shield ilə qorunur. Nəticədə, ekranın zərbələrə davamlılığı 4 qat artırılıb.
Böyük ekran sizə yüksək baxış keyfiyyəti təqdim edir. Bunun səbəbi ProMotion texnologiyasına bağlıdır. İzlədiyiniz kontentdən asılı olaraq, ekran tezliyini avtomatik 10-120 Hz arası dəyişir. HD keyfiyyətində video və ya film izləyəndə yüksək detallıq və hamar görüntü tələb olunur. Bu zaman tezlik 120 Hz qədər qaldırılır. Daha sonra adi istifadə rejiminə qayıdanda ekran tezliyi 10 Hz qədər azalır və smartfon enerjini daha səmərəli sərf etməyə başlayır.
Məhsuldarlıq və Avtonomluq
Balaca olmasına baxmayaraq Apple A15 Bionic çipi smartfonun bütün sistem proseslərini effektiv idarə edib onun məhsuldarlığını artırır. Sözügedən çip 6 nüvəli mərkəzi və 5 nüvəli qrafik prosessorlarının işini daha sürətli edir. Bundan başqa enerjinin sərf edilməsi, kamera və üz tanıma sistemləri optimallaşdırılıb. 13-cü Pro iOS 15 əməliyyat sistemi üzərində işləyir. Nəticədə, smartfonun interfeysi daha stabil və çevikdir. Operativ yaddaş 6 GB, daxili yaddaş isə 1 TB-dır. İstənilən tətbiqlərin, musiqinin, videoların yüklənilməsi, çəkdiyiniz şəkillərin saxlanılması üçün daha çox yeriniz var.
iPhone 12 Pro ilə müqayisədə yeni Apple smartfonu 1.5 saat daha çox işləyə bilir. 3125 mAh barateya aktiv həyat tərzi sevənlər üçün nəzərdə tutulub. Gün ərzində fasiləsiz musiqi dinləyin, zəng edin, mesaj və mail göndərin, video çəkin – smartfonun enerjisi tükənməyəcək.
Kameralar
iPhone modelləri güclü kameraları ilə tanınır. Yeni iPhone 13 Pro modelində kamera blokunun imkanları daha da artırılıb. Böyüdülmüş kameralar optik stabilləşmə və hərəkət edən matrislə təchiz edilib. Nəticədə, smartfon günün istənilən vaxtı ideal və əlavə redaktə tələb etməyən şəkillər yarada bilir.
77 mm telefoto kamera 3X optik zoom-a sahibdir. Onun köməkliyi ilə kamera görüntünü 6 dəfə yaxınlaşdıra bilir. Beləliklə, telefoto kamera ilə makro rejimində şəkil və videolar çəkmək mümkündür. 12 meqapikselli ultra geniş bucaqlı kamera güclü avtofokus sisteminə sahibdir. Smartfonu çəkiliş obyektindən 2 sm aralıqda tutsanız belə inanılmaz dərəcədə detallı kadrlar yarada biləcəksiniz. 12 meqapikselli geniş bucaqlı kamera isə 2.2 dəfə daha çox işıq tuta bilir. Bu kameraya zəif işıq şəraitində şəkillər çəkməyi yoxlayın. Nəticə sizi təəccübləndirəcək. Bundan başqa bütün kameralar “Gecə” rejimini dəstəkləyir.