iPhone 13 Pro Kontakt Home-da Graphite rəngində təqdim edilib. Smartfon 12 meqapikselli TrueDepth, 77 mm telefoto, ultra geniş və geniş bucaqlı kameralara sahibdir.
2021-ci ilin çox gözlənilən smartfonunu qarşılayın – iPhone 13 Pro. Yeni iPhone Apple brendinin ən güclü çipinə və peşəkar kamera sisteminə sahibdir.
Dizayn və Displey
Graphite rəngində təqdim edilən smartfon korpusu sayəsində həm klassik, həm də premium görünüşə sahibdir. Cihazın gövdəsi şüşə və paslanmayan poladdan hazırlanıb. Mat arxa panel cızıqlara davamlıdır. Ekranın möhkəmliyini artırmaq üçün Apple brendi onu Ceramic Shield materialı ilə örtüb. Korpus suya davamlıdır. Nəticədə, cihaz güclü su sıçramalarından, təsadüfən tökülən sudan qorxmur.
6.1 düymlü Super Retina XDR displey günün istənilən vaxtı və ətrafınızdakı işıqlandırmadan asılı olmayaraq görüntünü parlaq, detallı ötürür. Displeyin üst hissəsində "bangs" hissəsi daha yığcam olub. Nəticədə, diqqətiniz görüntüdən yayılmayacaq.
Yeni çip və Batareya
Apple A15 Bionic çipi ilə daha çox imkanlara sahib olacaqsınız. Onun köməkliyi ilə ən çətin tapşırıqlar daha sürətli yerinə yetirilir. Çip təhlükəsizlik sisteminin işini təkmilləşdirib. Nəticədə, TrueDepth kamerası hətta zəif işıq şəraitində üz cizgilərinizi tanıyır. Qrafikanın 50% daha sürətli emal edilməsi sayəsində ən yeni oyunların, istənilən videoların görüntüsündən həzz alacaqsınız. 2021-ci ildən etibarən iPhone ProMotion texnologiyasını dəstəkləyir. Bu isə o deməkdir, ki parlaq ekran smarfonun enerjisini daha qənaətli sərf edəcək.
Yeni texnologiyalarla yanaşı cihazın batareyası daha tutumlu olub. Bu da, daha çox iş yerinə yetirə biləcəyiniz üçün imkan yaradır. Smartfon 128 GB daxili yaddaşla təmin edilib və iOS 15 əməliyyat sistemi üzərində işləyir. iOS 15 ilə iPhone Pro modelinə ünsiyyət, GPS sistemi, süni intellektə aid yeni funksiyalar əlavə edilib. SharePlay funksiyası ilə dostlarınızla FaceTime vasitəsilə söhbət edərkən video izləyə, musiqi dinləyə, ekran görüntünüzü bölüşə bilərsiniz. Mikrofona əlavə edilən rejimlər sayəsində ətrafınız səs-küylü olsa belə səsiniz aydın ötürüləcək.
Kameralar
Artıq parlaq və keyfiyyətli şəkillərin yaradılması üçün peşəkar fotoapparatın olması vacib deyil. iPhone 13 Pro kameraları ilə ağlasığmaz effektlər əldə etmək mümkündür. Smartfonun kamera blokuna 77 mm telefoto, ultra geniş və geniş bucaqlı kameralar, Lidar skaneri və fləş daxildir. Selfilər üçün ön paneldə keyfiyyəti ilə əsas blokdan geridə qalmayan TrueDepth kamerası yerləşdirilib. Böyüdülmüş kameralar və A15 Bionic çipi sayəsində sərhədsiz imkanlara sahib olacaqsınız.
Artıq zəif işıq şəraitində çəkiliş aparmaq mümkündür. Deep Fusion texnologiyası və Neural Engine sistemi sayəsində müxtəlif ekspozisiyalarda çəkilən şəklin hər bir pikselini analiz edilir. Daha sonra qüsursuz alınan hissələr bir kadra cəmlənir. Nəticədə, istənilən səthin və ya parçanın teksturası dəqiq əks edilir.
Dostlarınızı və ailə üzvlərinizi bir yerdə "Smart HDR 4" rejimindı çəkin. Sözügedən texnologiya kadrı hissələrə bölüb hər birini individual olaraq optimallaşdırır. Neural Engine maşın öyrənməsi sisteminin köməkliyi ilə kadra düşən hər bir nəfər üçün parlaqlıq, kontrast və dəri tonu ayrı tənzimlənir.
Video çəkiliş prosesini yeni səviyyəyə qaldıran texnologiya "Kinoeffekt" rejimidir. Rejimə daxil olub çəkilişə başlayın. Bir barmaq toxunuşa ailə üzvlərinizin iştiraki ilə film yaradacaqsınız. Çəkiliş zamanı və ya çəkilişdən sonra arxa fona bulanıq effekti tətbiq edib obyekti ön plana çıxartmaq mümkündür. Kadra yeni obyekt düşən kimi fokus avtomatik yeni obyektə yönləndirilir.